Azercell-dən təqdirəlayiq addım - Müharibə Veteranları üçün yeni kampaniyaya başladı
Tarix: 3-04-2015, 16:15 |
Çap et
Azərbaycanın lider mobil operatoru Azercell Telekom hər zaman diqqət və qayğısını əsirgəmədiyi Müharibə Veteranları abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən başlayaraq xüsusi kampaniya keçirir. Belə ki, Müharibə Veteranları statusuna malik olan Azercell Fakturasız Xətt abunəçiləri təqvim ayı ərzində balanslarıına birinci dəfə yüklədikləri hər hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq Azercell-dən hədiyyə alacaqlar. Azercell tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.
Onu da bildirək ki, Azercell Telekom 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyaları həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.