Arif Qaraşov vəzifə iddiasından əl çəkmir - Onun seçim şansı da var
Tarix: 7-04-2015, 10:47 | Çap et
Dərin təəssüf hissi ilə qeyd etmək istəyirik ki, ölkəmizdə bəzi məmurların var-dövlət yığmaq hərisliyi çox ciddi problemlərin yaranmasına səbəb olur. Hazırda dövlət idarə və müəssisələrində vəzifə tutan məmurların əksəriyyətinin milyonluq mülkləri, biznes obyektləri və xarici banklarda hesabları var. Onlar vəzifədən çıxarıldıqdan sonra isə biznes fəaliyyətlərini daha aktiv şəkildə davam etdirirlər.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovun da iri biznes obyektləri mövcuddur. Deyilənə görə, vəzifədə olduğu müddətdə daşınmaz əmlakla bağlı prosesləri özbaşınalıqlar və "şirinlik" qarşılığında həll edən Arif Qaraşov böyük varidata sahibdir. Sabiq məmurun nəzarətindəki biznes strukturu barədə bir qədər sonra məlumat verəcəyik. Məlumatlı mənbələrdən aldığımız informasiyaya görə, bir neçə il öncə işdən kənarlaşdırılan məmur yenidən vəzifə iddiasına düşüb: "Məlum olduğu kimi, Arif Qaraşov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəhbərlik edib. Hazırda isə vəzifəsiz qalıb, amma bu vəziyyətlə barışmaq istəmir. Bir müddət əvvəl onun nazirliklərdən birinə şöbə müdiri vəzifəsinə qoyulacağı haqda xəbər yayıldı. Amma xəbər təsdiqini tapmadı. Həm də bu inandırıcı məlumat deyildi. Çünki Arif Qaraşov yenidən vəzifəyə qayıdacaqsa, daha yüksək postda çalışmağı arzulayardır. Bu günlərdə keçmiş rəisə yaxın insanların birindən maraqlı məlumat eşitdim. Onun bildirdiyinə görə, sabiq xidmət rəisi paytaxt rayonlarından birinə icra başçısı keçməyə hazırlaşır. Yaxın qohumlarına isə bu haqda heç yerdə danışmamağı tapşırıb. Arif Qaraşovun hansı rayona rəhbərlik etmək istəməsi hələlik açıqlanmır. Fikrimizcə, keçmiş xidmət rəisinin yenidən vəzifəyə təyin ediləcəyi o qədər də inandırıcı görünmür. Arif Qaraşov işinin biləni olsaydı, onun bir vaxtlar rəhbərlik etdiyi qurum Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyinə verilməzdi. Odur ki, adıçəkilən şəxsin icra başçısı vəzifəsinə qoyulacağı haqda deyilənlər fərziyyədən başqa bir şey deyil. Apardığımız araşdırmalar nəticəsində sabiq məmurun sahibi olduğu biznes şəbəkəsi haqda ilginc informasiyalar əldə etmişik. Adının gizli qalmasını xahiş edən mənbənin verdiyi məlumatda deyilir ki, vəzifədə olduğu müddət ərzində qazandığı milyonlar Arif Qaraşova bu gün rahat həyat tərzi sürməyə şərait yaradıb: "Keçmiş məmurun obyektlərinin demək olar ki, hamısı yaxın qohumlarının adınadır. Arif Qaraşov Azərbaycanda qanunsuz yollarla qazandığı vəsaitlər hesabına qeyri-rəsmi sahibi olduğu "Caspian servis" şirkətinin xətti ilə əsasən Türkiyədə, bir sıra Avropa ölkələrində, Rusiyada biznes qurumları formalaşdırıb. O ölkədən kənara çıxardığı pullarını əsasən tikinti və turizm sektoruna yatırıb. Deyilənə görə, onun qardaş Türkiyədə böyük hoteli fəaliyyət göstərir. Bu şəxs səhiyyə sektoruna sərmayə yatırmağı da yaddan çıxarmayıb. Belə ki, paytaxtın məşhur klinikalarından biri olan " Medical Plaza" Arif müəllimin nəzarəti altındadır. Səhiyyə ocağının yerləşdiyi bina onun yaxın çevrəsindəki insanlardan birinin adına sənədləşdirilib. Bir müddət əvvəl isə Vergilər Nazirliyinin əməkdaşları tibb müəssisəsində külli miqdarda vergidən yayınma halı aşkarlayıb və araşdırmalara başlayıblar. Həmin müddətdə klinikanın qapılarına kilid vurulub. Yalnız Arif Qaraşovun yuxarılardakı əlaqələrini işə salmasından sonra " Medical Plaza"nın fəaliyyəti bərpa edilib. Ümumiyyətlə, keçmiş məmurun nəzarətindəki iri şirkətlərin əksəriyyətində vergi ilə bağlı problemlər mövcuddur. Sabiq xidmət rəisinin Neftçilər prospektində, "Torqovıy"da və şəhərin digər yerlərində bir neçə böyük dükanının olduğu da yayılan məlumatlar arasındadır. Bundan başqa, Yasamal rayonunun ərazisində yerləşən "Ekspress Kafe", "Baza Pitseriya" kimi məşhur obyektlər də Qaraşovun biznes strukturunun tərkibinə daxildir". Xatırladaq ki, Arif Qaraşova məxsus şirkətlər bir müddət əvvəl vətəndaşların başına olmazın müsibətlər açıb. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 ünvanında yerləşən 1 saylı mənzilin sahibi Rəhilə Abbasovanın ailəsi sabiq məmura məxsus olduğu iddia edilən "ELİPS-R LTD" MMC tikinti şirkətinin özbaşınalığı ilə üzləşib: "Hər gün başımıza qum, torpaq, armatur, dəmir parçaları tökürlər. Mən burda şəhərin mərkəzində yaşayıram. Amma mənə veriləcək 60 min manatla heç Masazırda da iki otaqlı ev ala bilmərəm. Bəs 14 nəfərik ailə harda və necə yaşasın? Evimin qapısını sındırıblar, getməyə yerim yoxdur". Məlumat üçün bildirək ki, Arif Qaraşova aid olduğu deyilən "ELİPS-R LTD" MMC və "Günəş-Holdinq" MMC Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına və mövcud qanunlara uyğun olaraq tikinti ərazisindən əhalinin köçürülməsini təmin etməli imiş. Lakin mətbuatda yayılan şikayətlərdən də məlum olur ki, bu, edilməyib. Həmçinin onu da vurğulamaq lazımdır ki, Arif Qaraşov vəzifədən çıxarılan vaxtlarda fəaliyyətinin araşdırılacağı və əmlakının müsadirə ediləcəyi barədə xəbərlər gündəmə gəlmişdi. Bu yöndə gözləntilər isə özünü doğrultmadı. Bəzi saytların yazdığına görə, Arif Qaraşov bəzi qüvvələrin yardımı ilə sərvətinin təhlükəsizliyini müəyyən qədər təmin edə bilib. "İllər ərzində qazandığı yüz minlərlə dollar həcmində pulu müxtəlif beynəlxalq banklara keçirə bilən Qaraşovun ölkədə ciddi biznesi var. Onun milyonlarla manat dəyərində mülklərə sahib olduğu bildirilir. Əsasən "Şüşəli Bazar"ın ətrafında milyonlarla manat dəyərində olan villaların, demək olar ki, hamısını beynəlxalq təşkilatlara və səfirliklərə icarəyə verə bilən Arif Qaraşov bu təşkilatlardan icarə haqqını 3-5 il öncədən hesablanmaqla alıb və pullar onun beynəlxalq banklardakı hesablarına keçirilib. Buna görə də yuxarı dairələr bu mülkləri onun əlindən almaqda çətinlik çəkirlər". Başqa bir iddiaya əsasən Arif Qaraşov qarşıdan gələn parlament seçkilərində iştirak edib deputat mandatı qazanmaq istəyir. Onun hansı dairədən namizədliyini irəli sürəcəyi isə açıqlanmır. Bu arada, qeyd edək ki, Arif Qaraşovun oğlu Fərhad Qaraşov bir neçə gün əvvəl iqtisad üzrə fəlsəfə doktoru adını alıb: "Fərhad Qaraşov 2012-ci ilin payızında həmin vaxt Mirdamət Sadıqovun rektoru olduğu Gəncə Aqrar Universitetinə sənəd verib, amma dissertanturaya 2013-cü ilin yanvar ayından başlayıb. Mirdamət Sadıqov həmin vaxt Fərhad Qaraşovun elmi rəhbəri vəzifəsini də öz üzərinə götürüb. Qaraşovun qəbulundan 2 ay sonra isə Mirdamət Sadıqov İsmayıllıya icra başçısı təyin olunub. Gərgin bir rejimində işləməsinə baxmayaraq, icra başçısı Mirdamət Sadıqov Fərhad Qaraşovun elmi rəhbəri olmaqdan imtina etməyib. Və faktdan, yəni martın 29-da FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutan müzakirədən aydın olur ki, icra başçısı Fərhad Qaraşovun elmi işində öz üzərinə düşən missiyanı da uğurla başa vurub". Qeyd edək ki, dissertantura təhsili 4 illik olsa da, Fərhad Qaraşov həm elmi işini, həm də elmi məqalələrini 2 ilə yazaraq çap etdirib. Ki, burda bəzi şübhəli məqamlar ola bilər: "Fərhad Qaraşov müdafiə üçün tələb olunan elmi məqalələrinin 6-sını 2013-də yazıb. İki məqaləsi isə 2014-də çap olunub. Ancaq qeyd etdiyim kimi, 2015-in mart ayının 29-da müdafiə eləyib. Yəni o, təxminən 2 ilə iqtisad üzrə fəlsəfə elmlər doktoru oldu. "Fəlsəfə doktoru" elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslərin müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verməlidir. Fərhad Qaraşovun bu fənlərdən imtahanları necə verdiyi isə məlum deyil. Onun atasının yüksək əlaqələrinin sayəsində bu adı alması istisna edilmir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|