İcra başçısı yerli polisi də özünə ram edib? - Gədəbəydən şikayət var
Tarix: 6-07-2015, 14:27 | Çap et
Təəssüflər olsun ki, bu gün bəzi rayon və bölgələrdə yerləşən polis şöbələrinin rəhbərləri, sanki Daxili İşlər Nazirliyinin deyil, bilavasitə yerli icra strukturlarının tabeliyindəymiş kimi fəaliyyət göstərməkdədirlər. Daha təəssüf doğurucu məqam isə bundan ibarətdir ki, belə RPŞ rəisləri yerli icra başçılarına məhz sonsuz sədaqətlərini (!) nümayiş etdirmək naminə, bir çox hallarda hətta müxtəlif qanun pozuntularına belə rəvac verməkdən çəkinmirlər. Belə təhlükəli tendensiyaların son vaxtlar daha çox müşahidə olunduğu rayonlardan biri də Gədəbəydir. Məlum olduğu kimi bu rayona başçı təyin olunduğu ilk gündən etibarən yerli sakinlərə qarşı bütün mümkün olan məqamlarda zor və fiziki təsirlər, təqib və təzyiqlər, hədə və təhdidlər tətbiq edən Ramiz Yediyarov bu məqsədlərlə mütəmadi olaraq yerli polis şöbəsinin imkanlarından yararlanmışdır. Artıq rayonda elə bir vəziyyət yaranmışdır ki, bu gün Məhərrəm Quliyevin rəhbərlik etdiyi Gədəbəy RPŞ yerli sakinlərin gözündə onların hüquqlarını, bölgədə asayişi mühafizə edən bir polis orqanı kimi deyil, sırf Ramiz Yediyarovun rejiminə xidmət göstərən jandarm təşkilatı kimi formalaşmışdır. Bir həqiqətdir ki, bu gün icra başçısı rayonda törətdiyi bütün özbaşınalıqları birbaşa Məhərrəm Quliyevin vəzifə imkanlarından yararlanaraq həyata keçirir. O cümlədən vətəndaşlara məxsus özəl obyekt və mülklərin qanunsuz olaraq sökülməsi, vətəndaşların zorla onlara məxsus ərazi və obyektlərdən çıxarılması və həmin ərazilərin zəbt olunması, rayonda məmur özbaşınalıqlarına qarşı etirazlarını bildirən şəxslərin özlərinə və yaxınlarına qarşı repressiv üsulların tətbiqi, bu əsasda vətəndaşların əsassız olaraq saxlanılması və hətta şərlənərək həbs olunması – bütün bu ciddi hüquq pozuntuları məhz Ramiz Yediyarovun təhriki və Gədəbəy RPŞ-nin rəisi Məhərrəm Quliyevin göstərişi ilə dəfələrlə həyata keçirilib və bütün bu ittihamları təsdiq edən çoxsaylı şahid ifadələri, foto və video görüntülər və digər dəlillər də mövcuddur. Lakin Gədəbəy RPŞ-nin rəhbərliyi bu gün də öz fəaliyyətini Ramiz Yediyarova sədaqət prinsipləri əsasında düzənləməkdə davam edir. Məlum olduğu kimi üç il bundan əvvəl Gədəbəy rayon sakini, sahibkar Oktay Əliyev rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında (meşə fonduna aid olan) xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı. Qeyd edək ki, həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin ötən ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gələrək, heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə külli-miqdarda maddi və mənəvi ziyan dəyir. Bütün bunlar haqqında qəzetimizin səhifələrində dəfələrlə materiallar dərc olunub. Lakin hadisələrin hazırda davam edən gedişi, məhz Gədəbəy Rayon Polis Şöbəsinin rəhbərliyinin tutduğu son dərəcə qərəzli mövqeyi, qanunlarımıza nümayiş etdiriyi etinasızlığı və hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına hörmətsizliyi və saymazlığı ilə diqqəti cəlb edir. Artıq xəbər verildiyi kimi, bir müddət əvvəl sahibkar Oktay Əliyevin qaldırdığı iddia əsasında Gəncə İnzibati-İqtisadi Məhkəməsində aparılan araşdırmadan sonra, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının obyektinin sökülməsinin qeyri-qanuni olduğuna və RİH-in Oktay Əliyevin xeyrinə 66.626 (altımış altı min altı yüz iyirmi altı) manat məbləğində cərimə olunmasına dair qərar qəbul olunmuşdu. Sonradan, Gəncə Apellyasiya Məhkəməsi Oktay Əliyev tərəfindən təqdim olunan sənədləri nəzərə belə almadan, söküntü işlərinin guya ki, Gədəbəy RİH tərəfindən deyil, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən həyata keçirildiyini əsas gətirərək, birinci instansiya məhkəməsinin qərarını ləğv etdi. Amma, son instansiya olaraq Ali Məhkəmə işin bütün hallarını araşdırdıqdan sonra Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmiş və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bu isə həm də o deməkdir ki, Oktay Əliyev ən azından öz vəsaitləri hesabına (Ramiz Yediyarovun Ali Məhkəmənin qərarına rəğmən, sahibkara kompensasiya ödəyəcəyini düşünmək heç də inandırıcı deyil) olsa belə, sökülmüş obyektini yenidən inşa etdirmək hüququna malikdir və onun sərəncamında olan sənədlər tikinti işlərinə başlamaq üçün tamamilə yetərlidir. Lakin görünür nə icra başçısı, nə də polis rəisi bu fikirlə də razılaşmaq niyyətində deyillər. Məsələ bundadır ki, artıq əlində Ali Məhkəmənin qərarı olan Oktay Əliyev ona ayrılmış (bir də təkrar edirik, ETSN tərəfindən) ərazidə tikinti işlərini bərpa etmək üçün oraya inşaat briqadası gətirdiyi zaman, Gədəbəy RPŞ-nin əməkdaşları da özlərini əraziyə çatdırmışlar. Məhərrəm Quliyevin tapşırığı ilə gəldiklərini bəyan edən polislər Oktay Əliyevə bildirmişlər ki, başçı hələ də bu ərazidə tikinti aparılmasına icazə verməyib. Axı necə olur ki, Ramiz Yediyarovun şifahi göstərişi Məhərrəm Quliyev üçün Ali Məhkəmənin qərarından daha önəmli olur? Belə bir vəziyyətdə Gədəbəy RPŞ-nin heyətinin Azərbaycan qanunlarının keşiyində durmalarını necə ehtimal etmək olar? Bəs görəsən biz hamımız Gədəbəydə harınlamış məmurların qanunlarımızı tapdalamasını hələ nə qədər dinməzcə seyr etməli olacağıq?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
|