DİA.AZ: - Qazaxda Qarabağ əlilləri Sınıq Körpü gömrük-keçid mərkəzində üzləşdikləri problemlərdən narazılıq edirlər. DİA.AZ bildirir ki, narazı Qarabağ əlilləri qeyd olunan gömrük məntəqəsində haqsız olaraq incidildiklərini deyirlər.
Onlar bildirir ki, hətta Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev Qazaxda olarkən də qəbuluna düşə bilməyiblər.
DİA.AZ olaraq narazı Qarabağ əlillərinin problemlərinin əks olunduğu videomaterialı təqdim edirik: