"Qarasu" əməliyyat şirkətinin rəhbərliyinin başı dərddə... - SOCAR-da Ovçiyevə nə dedilər...
Tarix: 24-07-2015, 12:30 |
Çap et
Şirvanda yerləşəm Qarasu əməliyyat şirkətindən aldığımız məlumata görə şirkətin vitse prezidenti İslam Ovçiyevi SOCAR-ın baş ofisinə çağırıb bərk danlayıblar.
Mənbəmizin Teref.infoya verdiyi xəbərə görə İslam Ovçiyev Şirvanda yerləşən şirkətin rəhbər işçilkərini yığıbdeyib ki, ona tapşırıblar ki, artıq Qarasu əməliyyat şirkətindən şikayət olunmasını istəmirlər. Şirkətdə daha heç bir tətil və narazıçılıq olmamalıdır. Mətbuatda şirkətdən ancaq yaxşı xəbərlər getməlidir. İslam Ovçiyev bütün bunları Şirvanda Qarasu əməliyyat şirkətinin rəhbər işçilərini yığaraq danışıb və tələb edib ki mətbuatla əlaqələr kəsilsin.
Mənbəmizin Teref.infoya verdiyi xəbərə görə o, tapşırıb ki, fəhlələrə desinlər ki, hər şey yaxşı olacaq. Ona görə də heç kim narazılıq etməsin. Mətbuata şikayət ötürməsinlər.
Lakin fəhlələr nəyin yaxşı olacağını başa düşmürlər. Əgər fəhlələrin bayram pulunu hələdə verməyiblərsə, əgər bu qədər sığorta pullarının tutulmasına rəğmən həkimlərə və xəstəxanalara fəhlələr pul ödəyirlərsə nəyin yaxşı olacağını başa düşmürlər.
Teref.info olaraq araşdırmamış davam edir.
Gələn saylaımızda 1 milyon qiməti olan və şirkətdən yoxa çıxan "adiko" qurğusu hardadır.
İslam Ovçiyev şirkətdəki vəziyyəti niyə Avropa oyunları ilə bağlayır?
4 milyon büdcəsi olan admnistrasiyanın niyə artıq kassası boşdur.
Fəhlələr prezidentə və baş prokurora ərizələrində nə yazdılar?