Baba Rzayevin adamları karxanalara yeni "racon kəsirlər"... - ŞİKAYƏT VAR
Tarix: 7-08-2015, 11:59 | Çap et
Yeni aldığımız məlumatlarda son vaxtlar Qaradağ rayonu ərazisində yerləşən bir çox kommersiya obyektlərinin və xüsusilə də daş karxanalarının əsil qəniminə çevrilmiş daha bir məmurun törətdiyi özbaşınalıqlar barədə açıqlamalar təqdim edilir. Həm də maraqlıdır ki, bu məmur nə icra hakimiyyətində, nə də digər bir hökumət orqanında işləmir. Məlumatda bildirilir ki, Ruslan adlı bu şəxs “Azərişıq” ASC-nin Qaradağ RETSİ-də hansısa bir vəzivə tutur. Amma bununla belə, Ruslan böyük ehtimalla nəinki işlədiyi idarədə, hətta ümumilikdə ASC-də qeyri-məhdud səlahiyyətlərə malikdir. Bu səlahiyyətlərin ona kim tərəfindən verildiyi barədə bir qədər sonra fikir bildirərik. Hələlik isə, demək lazımdır ki, aldığımız məlumatlarda Ruslanın Qaradağda fəaliyyət göstərən sahibkarların başına min-bir oyun açdığı iddia olunur. Bildirilir ki, Ruslan rayonun daş karxanalarına elektrik enerjisinin verilməsini tam nəzarətdə saxlayır. Həm də bu vəziyyətdən şəxsi mənfəəti üçün geninə-boluna yararlanır. Məlumatda qeyd olunur ki, hər ay karxanalarla “haqq-hesab çəkməyə” gələn Ruslan, bu müəssisələrdə quraşdırılmış elektrik sayğaclarının göstəricilərindən başqa, obyekt sahiblərindən əlavə olaraq 1500-2000 manat civarında pul tələb edir. Əlbəttə, kimsə düşünə bilər ki, Ruslan tələb etməyində olsun, sahibkarlar da bu pulu ödəməməkdə. Amma reallıqda məsələ tam fərqlidir. Belə ki, Ruslanın “əlavə sərfiyyat” adlandırdığı bu “rüsum” ödənilməyincə, həmin müəssisəyə elektrik enerjisinin verilməsi dərhal dayandırılır. Həm də bu zaman artıq məsələyə hətta Qaradağ RETSİ-nin rəhbərliyi səviyyəsində belə, heç kim müdaxilə edə bilmir. Eyni zamanda da, sahibkarlar iddia edirlər ki, bu xüsusda dəfələrlə “Azərişıq” ASC-nin rəhbərliyinə müraciət olunsa belə, bütün bunlardan heç bir nəticə hasil olmamışdır. Ruslan özü isə karxana sahiblərinə bu barədə bildirib ki, ona bu səlahiyyəti verən adamlar, “Azərişıq” ASC-nin sədri Baba Rzayevdən qat-qat güclü insanlardır. Qeyd edək ki, aldığımız məlumatlarda Ruslanın arxasında duran şəxslərin kimliklərinə dair konkret açıqlamalar verilmir. Lakin bununla belə müəyyən mülahizələr irəli sürülür. Amma bu mülahizələri əsaslandırmaq üçün gərək haşiyədən bir qədər kənara çıxaraq, Ruslanın işdən və karxanalardan kənarda keçirdiyi şəxsi həyatına kiçik bir müdaxilə edək. Aldığımız məlumatlarda bildirilir ki, rayonun karxanalarından və digər müəssisələrindən əldə etdiyi vəsaitlər hesabına Ruslan özü də bu gün bir çox kommersiya obyektlərinin sahibinə çevrilmişdir. Bu obyektlərdən fəaliyyəti xüsusilə maraq doğuranı isə, Badamdar qəsəbəsində yerləşən iki mərtəbəli restorandır. Əgər günün hər hansı saatında, bu obyektin qarşısında Ruslana məxsus “BMW X-6” və ya son model “Mersedes ML” markalı avtomobillərdən birini görsəniz deməli o, özü də restoranda öz sevimli guşəsində oturub və öz sevimli qəlyanını çəkməklə məşğuldur. Restoranın fəaliyyətinə gəlincə, açıqlamalarda bildirilir ki, bu obyektə hər gecə şəhərin bir çox imkanlı adamları məhz qumar oynamaq üçün yığışırlar. Həm də bu zaman masaya qoyulan pullar nə yüz, nə də min manatlarla hesablanmır. Bundan başqa isə iddia olunur ki, bəzi xüsusi müştəriləri daha çox razı salmaq üçün, Ruslan bu obyektə şəxsən özü əxlaqsız qadınlar da dəvət edir. Lakin bütün bunlar məsələnin yalnız bir üzüdür.Mənbələrin verdikləri açıqlamaya görə, bu restoranda baş verən ən diqqətəlayiq məqamlardan biri ondan ibrətdir ki, burada vaxtaşırı kriminal aləmin nümayəndələrinin toplantıları keçirilir. Həm də bildirilir ki, bu toplantılarda kriminal aləmin nüfuz sahibləri müəyyən mühüm qərarlar da qəbul edirlər. Etiraf edək ki, məhz bu iddiaların həqiqətə nə dərəcədə uyğu olduğuna dair dəqiq bilgimiz yoxdur. Amma məlumatı təqdim edən mənbələr Ruslana yuxarıda göstərilən “səlahiyyətlərin” də məhz həmin restoranın müəyyən müştəriləri tərəfindən verildiyini ehtimal edirlər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
|