Buralara baxanda Şirvana bənzətmirsən, elə Əli-Bayramlıdır ki var... - ŞOK FOTOLAR
Tarix: 13-08-2015, 14:34 | Çap et
Ölkə rayonlarında baş verən sosial problemlərlə bağlı mətbuatda daim silsilə yazılar dərc olunur və demək olar ki, əhalinin ən yaralı yerlərindən biri də dövlətin vətəndaşlara sosial xidmət göstərən qurumlarıdır. Sosial xidmət qurumları arasında isə ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri də səhiyyə sistemidir. Qeyd edək ki, dövlət tərəfindən səhiyyə sisteminə hər il yüz milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq bu sahədə səhiyyə xidməti sahəsində inkişaf hiss olunmur və ölkənin səhiyyə sistemində ciddi problemlər hələ də qalmaqda davam edir. Ən böyük problemlərdən biri, vətəndaşların müalicəsi dövlət hesabına olmasına baxmayaraq, bütün dövlət xəstəxanalarının qeyri-rəsmi pullu çalışmasıdır. İkinci ən böyük problem isə dövlətin xəstəxanalara ayırdığı dərmanların və tibb ləvazimatlarının xəstəxanalarda tapılmamasıdır. Yəni faktiki olaraq vətəndaşlar dövlətin onlara ayırdığı sosial qayğıdan məhrum olurlar və bunu məhz səhiyyə sistemində çalışan məmurlar edirlər. Son illər həkim məsuliyyətsizliyindən xəstəxanalarda ölüm hallarının çoxalması da, ona dəlalət edir ki, səhiyyə sistemində ciddi şəkildə nəzarətsizlik hökm sürür. Həmçinin dövlət tərəfindən ayrılan milyonlarla vəsaitin şəffaf xərclənməməsi, qiymətlərdə xərclərin şişirdilməsi səhiyyə sistemində böyük qanunsuzluq hallarından xəbər verir. Belə şəhərlərdən biri də Şirvandır. Əhalisi 70.000-dən artıq olan Şirvan şəhər səhiyyəsinin bugünkü vəziyyəti çox acınacaqlıdır. Şəhərdəki 2 saylı Uşaq Poliklinikasının bərbad vəziyyətdə olması həm şəhər əhalisinin normal tibbi müalicə almasına, həm də tibb işçilərinin işinə ciddi əngəllər törədir. Şəhər sakini Sadiq Rəsulzadənin ( https://www.facebook.com/sadiq.rasulzade/posts/1648459582088956?pnref=story ) sosial şəbəkədə yayımladığı şəkil və məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Səhiyyə nazirinin səhiyyə ocaqlarının təmir olunmasına görə baş həkimlərə göstəriş verməsinə baxmayaraq, Şirvan 2 saylı Uşaq Poliklinikasında vəziyyət ürəkaçan deyil. Belə ki, heç bir normal şəraiti olmayan, antisanitariyanın baş alıb getdiyi, sanitar qovşağı bərbad vəziyyətdə olan uşaq xəstəxanasının binasına, daxil olanda üfunət iyi adamın başını ağrıdır. Şirvandan daxil olan məlumatda isə bildirilir ki, 2 saylı Uşaq Poliklinikasının tibb personalı şəraitsizlik və bərbad vəziyyətdə olan binada əhaliyə tibbi xidmət göstərmək məcburiyyətində qalıb. Məhz şəraitsizlik, müasir tibbi avadanlıqların yoxluğu, dərman preparatlarının çatışmaması və antisanitariyanın baş alıb getdiyi bu xəstəxanada, (əgər bura xəstəxana demək mümkündürsə), körpə balaların həyatı təhlükə altındadır. Xəstəxanada hətta iki nəfərin əməliyyat olunması mümkünsüzdür. Əməliyyatdan sonra xəstə uşaqların palatada yerləşdirilməsində də, ciddi problemlər var. Şəhər 2 saylı Uşaq xəstəxanasındakı şəraitsizlik və antisanitariya o həddə çatıb ki, palataya yerləşdirilən xəstələr yorğan-döşək və digər zəruri ləvazimatları özləri ilə gətirmək məcburiyyətində qalırlar. Xəstəxanada cəmi bir sanitar qovşağı var ki, o da təmirsiz, bərbad vəziyyətdədir. Əhaliyə göstərilən tibbi xidmət daha acınacaqlı vəziyyətdədir. Şirvan 2 saylı Uşaq Poliklinikasında şəraitsizlik və antisanitariya neçə ildir ki, şəhər əhalisinin yerli səhiyyəyə olan inamını heçə endirmiş, əksər şəhər sakini normal tibbi müalicə almaq üçün ya Salyan və Hacıqabul rayonlarına üz tutur, ya da ki, xarici ölkədə (əsasən İranda) müalicə almağa gedir. Nə qədər təəccüblü olsa da şəhərdə fəaliyyət göstərən Şirvan Diaqnostikadakı vəziyyət qat-qat dövlət Uşaq Poliklinikasından həm səliqə-sahmanı, həm də keyfiyyətli tibbi xidməti ilə seçilir. Şəhərdə uşaqlar müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların olmasına baxmayaraq, müalicə üçün heç bir şərait yoxdur. Qeyd edək ki, Şirvan şəhər Mərkəzi Xəstəxanasına külli miqdarda vəsait ayrılsa da, lakin 2 saylı Uşaq Poliklinikası hələ də təmir olunmayıb və acınacaqlı vəziyyətdədir. Şirvan şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərovla ( 055-201-05-65 ) əlaqə yaratmağa çalışdıq, lakin baş həkim telefonumuzu qaldırmadı. Bütün hallarda baş həkimin mövqeyini dərc etməyə hazırıq.\\xalqxeber.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|