Cahangir Hacyevin şirkətinin işçiləri "üsyan"a hazırlaşır - Maaş qalmaqalı...
Tarix: 21-09-2015, 11:58 |
Çap et
Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətində olan "Azərinşaatservis" MMC-də gərginlik yaşanır. İstiqlal.az-a daxil olan məlumata görə, gərginliyə səbəb aylardır ki, işçilərə əmək haqqı verilməməsidir.
Məlumatda deyilir ki, əmək haqqı ala bilməyən 300 nəfərə yaxın işçi sentyabrın 18-də Liman şəhərində etiraz aksiyası keçirməyə cəhd edib. Onlar Ələt-Astara yolunu bağlamaq istəyiblər. Məlumatda deyilir ki, "Azərinşaatservis" MMC-də əmək haqqı problemi qurumun rəhbəri Mehdi Əliyevin həbsindən sonra başlayıb. Mehdi Əliyev "kredit qalmaqalı"na görə həbs edilib.
Mənbəmiz bildirir ki, hazırda "Azərinşaayservis"in əmlakına həbs qoyulub. Mümkündür ki, Beynəlxalq Bankdan götürülən kreditləri qaytarmaq üçün MMC-nin əmlakı satışa çıxarılsın. İşçilər isə onların da pullarının verilməsinj tələb edir. Məlumatlara görə, etiraza çıxan işçilər rəhbəlikdən bir kimsənin onlarla maraqlanmadığını görüb DİN-nin qaynar xəttinə zəng vurublər.
Cahangirİşçilər bildirib ki, Liman şəhəri yaxınlığında Ələt-Astara yolunu bağlamaq fikrindədirlər. Əraziyə Liman şəhərinin polis rəisi, icra nümayəndəsi gəlib. Onlar işçilər və qarşı tərəflə danışıqlar apararaq onları sentyabrın 22-nə gözləməyə razı sala biliblər.