Redaksiyamızın elektron poçtuna Xocavənd icra başçısı Eyvaz Hüseynov və onun qardaşı İbad Hüseynovla bağlı ilginc məktub daxil olub. Məktubu təqdim edirik: “Bu gün MTN-nin bəzi yüksək çinli zabitlərinin və onlarla əlbir olan məmurların cinayətləri açılır və içtimaiyyətin məhkəməsinə verilir. Lakin diqqətdən qıraqda qalanlarda var. Bunlardan biridə Xocavənd icra başçısı Eyvaz Hüseynovdur. Dünənə qədər MTN-lə güclü əlaqəsi ilə öyünür ən azından buna sübut kimi qardaşı İbad Hüseynova MTN-nin “Əskər” filminin çəkməısini və orda MTN işçilərinin danışdıqlarını sübut kimi göstərir. Elə olmasa idi mətbuatda İbad Hüseynovun saxta Monte Melkumyanın başını kəsmişəm iddialarında MTN-nə dəfələrlə istinad olunub və MTN buna heç cürə reaksiya verməyib. Ona görə də Eyvaz Hüseynovun “Mən arxamda MTN dayanıb!” sözlərinə Xocavənddə hamı inanırdı. Lakin onun havadarı olan MTN naziri və onun cinayətkar generalları artıq prezidentimizin qərarı ilə vəzifədən alınmışlar, barələrində istintaq açılıb. Hüseyinov qardaşlarının ic üzü ortaya cıxdı, separatcı Əlikram Hümbətovun adamı və yaxın silahdaşı kimi tanınan Xocəvənd rayon icra hakimiyyətinin başcısı Eyvaz Hüseyinov və qardaşlarının adları bu dəfədə dövlətə qarşı cıxan MTN məmurları sırasında cəkilir. Sən demə saxta faktlarla özünü Azerbaycan xalqına qəhrəman kimi sırımaq istəyən İbad Hüseynova arxa duran E.Mahmudov idi. Hətta bu gün aralarda gəzən sözlərə görə MTN-də onlardan bu filmə görə böyük məbləğdə pul belə alıblar. Aşağıdakı filmə baxsanız oradakı MTN zabitlərini görə bilərsiniz. Hamıya bəllidir ki, MTN zabitləri rəhbərliyin icazəsi olmadan bir kəlmə belə danışa bilməzlər.
Hörmətli Teref.info deyəsən Eyvaz Hüseynovun krışası olan Eldar mahmudov gedəndən sonra saxta Milli Qəhrəman əməliyyatına son veriblər. Çünki haqq nazilər amma üzülməz. Azərbaycan zabitləri şəhidlərin haqqını yeməyə heç kimə icazə verməz.
Lakin Eyvaz Hüseynovun öz “krışa” larına arxayın olub etdiyi cinayətlərin cəzasız qalacağına arxayın olmasın. Sizə gələn məktubumda aşağıdakı faktlarla bağlı məlumatları göndərəcəm! 1 Xocavənd İcra başçısı Eyvaz Hüseynovun kabinetinin qapısını kim və niyə mismarlamışdı. 2 Xocavənd təhsil şöbəsinin müdürü Şəfahət Yusifov icra başçısına kimlərin əli ilə və niyə hissə hissə küllü miqdarda pul göndərib. Bu prosesin videoyasısını sizə göndərəcəm. 3 Xocavənd rayonundan hansı məmur prezidentə, baş prokurora,MTN- ə “Cənab prezident Xocavənd icra başçısı və qardaşları saxta atestat və diplomlardan istifadə edərək, dövlət qulluğuna girib dövləti necə taladığı barədə əlimdə olan geniş materiallarla sizi tanış etmyim üçün məni qəbul etməyinizi xahiş edirəm!” məzmunlu teleqram vurub. 4 Xocavənd rayon xəstəxanasının baş həkimi Nurəngiz Bəşirova nəyə görə bu ilin axırında tez tələsik xəstəxana üçün yardımçı binalar tikir, və əsas odur ki, nəyə görə bu tikililərə köhnə vidi verir. Nurəngiz Bəşirova icra başçısının xüsusi himayəsindədir. Təqvim ilinin axırında nəyə görə belə tələsik tikinti işi aparılır? Hörmətli Teref.info Xocavənd icra başçısı Eyvaz Hüsynovun korrupsiya əməlləri haqqında apardığım araşdırmaları içtimaiyyətin mühakiməsinə vermək üçün gələn məktubumda sizin poçta göndərəcəm. ” Adları çəkilən şəxslərin hər birini dinləməyə və fikirlərinə yer ayırmağa hazırıq! Teref.info