"MTN işi" ilə bağlı yeni həbslər gözlənilir... - 3 rayonun icra başçısının da başı dərddədir
Tarix: 27-10-2015, 12:00 |
Çap et
DİA.AZ: - Eldar Mahmudovun görəvdən alınmasının ardından keçmiş MTN şefinin ayrı-ayrı nazirlik və dövlət qurumlarındakı şəbəkəsi də çökərdilir. Artıq xeyli sayda həbslər həyata keçirilib, onlarla məmur işdən atılıb. Amma prosesin davamı olacaq.
Bu barədə DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, konkret olaraq Vergilər Nazirliyində, habelə bir neçə rayon icra hakimiyyətində vəzifəsindən alınanlar olacaq:
"Proses davam edir. 3 rayonun icra başçısı vəzifəsini ititrəcək. Eyni zamanda Vergilər Nazirliyində daha 2 yüksək ranqlı məmur barəsində həbs qəraerı çıxarıla bilər".
Əlavə bilgilərimiz olacaq...