Elmar Vəliyev seçki ilə bağlı manqalar yaradıb... - Hərənin öz işi var...
Tarix: 30-10-2015, 12:21 |
Çap et
DİA.AZ: - Redaksiyamıza Gəncədən ilginc məlumatlar daxil olub. Belə ki, DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev onbaşı, yüzbaşı və minbaşı kimi ştatlar təsis edib.
Mənbə dia-az.life-a bildirir ki, sırf seçkilərlə bağlı yaradılan bu ştatlar maddi təminatla yanaşı, onlarla bağlı tapşırıqlar da müəyyən olunub: "Elmar Vəliyevin tapşırığına əsasən seçki günü minbaşi min adam, yüzbaşı yüz adam gətirib onların istədiyi namizədlərə səs verdirməlidir.
Bu barədə Gəncədə yerləşən bütün idarə və müəssisələrin rəhbərlərinə ciddi tapşırıq verilib və seçki komissiyalarının sədrləri təlimatlandırılib.
Hətta kimin necə və hansı adamları gətirəcəyi barədə siyahılar da JEK-lərdən alınaraq minbaşı və yüzbaşılara təqdim olunub".
Bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...