Deyirlər, mədəniyyət yoldan başlayır. Yollar hamar və səliqəli olanda insan həqiqətən rahat olur. II Zabrat qəsəbəsinin yollarına baxanda isə nə deyim yada düşür, nə də rahatlıq. Qəsəbənin Tramvay küçəsinin sakinləri illərdir ki, yolsuzluq şəraitində yaşamağa məcburdurlar. Yol problemi zabratlıların yaralı yeridir. BTV-yə danışan qəsəbə sakinləri deyir ki, çoxsaylı şikayət və müraciətlərə baxmayaraq, qəsəbədə hələ də yollara asfalt döşənməyib. Məsələyə aydınlıq gətirmək məqsədilə Sabunçu rayon icra hakimiyyətinin Zabrat qəsəbə nümayəndəliyi ilə əlaqə saxladıq. Suallarımızı icra başçısının qəsəbə nümayəndəsi Vüqar Əsədov cavablandırdı. Necə deyərlər görünən dağ bələdçi istəməz. II Zabrat qəsəbəsində yollardakı mənzərəni görəndə əlavə şərhə ehtiyac qalmır.