“H&M Baku” şirkətində vergi qaçaqçılığı - araşdırma böyük cəriməylə yekunlaşa bilər
Tarix: 8-12-2015, 11:21 |
Çap et
Dünyanın tanınmış brendlərindən hesab olunan H&M şirkətinin ölkəmizdəki rəsmi tərəfdaşı “H&M Baku” şirkətinin fəaliyyətində ciddi vergi nöqsanları üzə çıxıb. JAM.AZ xəbər verir ki, bu barədə AzFakt.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, bu halın üstü Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamadan sonra açılıb. Belə ki, nazirlik “H&M Baku”də yoxlama aparan zaman gəlirləri gizlədildiyini müəyyən edib. Və məbləğin yüksək olduğunu aşkarlayıb.
Xatırladaq ki, H&M şirkəti ilk dəfə 1947-ci ildə İsveçin Vasteras şəhərində fəaliyyətə başlayıb. Daha sonra 1968-ci ildə “Erling Persson” ovçular və balışqçılar Mauritz Widforss üçün mağaza olub. Mağazaya həmçinin, kişilər və uşaqlar üçün geyim xətti əlavə edilərək, şirkətin adı “Hennes & Mauritz” olub. Şirkət 2800 mağazalar vasitəsi ilə 49-dan çox ölkədə fəaliyyət göstərir.
Qeyd edək ki, “H&M Baku” şirkətinin Bakıda dükanlarının açılışında tanınmış iş adamları, müğənnilər, rəqqasələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.