Azercell “Hədsiz” tarif paketində yenilik etdi
Tarix: 9-12-2015, 17:25 |
Çap et
Ölkənin lider mobil operatoru - Azercell soyuq qış günlərində abunəçilərini yeni kampaniyalar, endirimli tarif paketləri və unikal xidmətləri ilə sevindirir. Yeni il ərəfəsində şirkət “Hədsiz” tarifinin istifadəçiləri üçün internet paketlərində yenilik təqdim edir. Yeniliyə əsasən, “Hədsiz” paketindən istifadə edən abunəçilər bundan sonra xüsusi təkrarlanmayan İnternet paketləri sifariş edə biləcəklər. Yenilikdən yararlanmaq üçün abunəçinin 2525-ə müvafiq acar sözünu göndərməyi kifayətdir.
Bununla yanaşı “Hədsiz” tarif paketi istifadəçiləri təkrarlanan “Limitsiz” paketini mövcud olan qaydalara uyğun olaraq ala bilərlər. Qeyd edək ki,“Hədsiz” tarif paketi çərçivəsində verilən internet balansı bitdikdə hər əlavə 1MB İnternetin həcminə 0.07 AZN (ƏDV daxil) tarifikasiya tədbiq ediləcək. Əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Təkrarlanmayan Aylıq İnternet paketlərindən imtina etmək üçün abunə 2525-ə “STOPX” göndərməlidir. Abunəçilər hər faktura dövrü ərzində müəyyən edilmiş tarixlərdə tarif çərçivəsində verilən internet balansın cari balansını əks etdirən məlumat xarakterli SMS də alacaqlar.
Məlumat üçün bildirək ki, abunəçilər Hədsiz tarif paketinə qoşulmaq üçün Azercell Müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. Azercell şəbəkəsində fiziki şəxs statusuna malik olan Fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər.