"Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                 

Bakı DYP-sinin alay xidmətinin komandiri haqda ilginc iddialar - İTTİHAM VAR
Tarix: 22-12-2015, 14:31 | Çap et
Bakı DYP-sinin alay xidmətinin komandiri haqda ilginc iddialar
Etiraf etmək lazımdır ki, hazırda polis orqanlarında, eləcə də yol hərəkətinin təhlükəsizliyini təmin edən Dövlət Yol Polisi İdarəsində günün tələblərinə cavab verən islahatlar həyata keçirilir. Daxili işlər naziri Ramil Usubovun birbaşa nəzarəti altında həyata keçirilən həmin islahatlar özünün müsbət nəticələrini verir, əvvəllər müşahidə olunan neqativ hallar isə minimuma enib. Sözsüz ki, bu həm də DYP rəhbərliyinin gərgin əməyinin nəticəsidir və bunu danmaq mümkün deyil. Ancaq təəssüf hissiylə onu da qeyd etməliyik ki, bəzi DYP rəsmilərinin qanunsuz davranışları sözügedən müsbət işlərə kölgə salmaqla yanaşı, vətəndaşlarda da narazılıq yaradır. Fəaliyyəti narazılıq doğuran, mütəmadi olaraq ölkə mediasında qanunsuz əməllərinə görə adı hallanan belə vəzifəlilərdən biri də DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik-leytenant Rəşadət Babayevdir.

Rəşadət Babayev
haqda zəruri bilgi...

Rəşadət Babayev indiki vəzifəsinə qədər DYP rəisinin ikinci müavini vəzifəsində çalışırdı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə isə o DYP-nin yol-patrul xidməti alayının komandiri vəzifəsinə təyin olunub. Göründüyü kimi, Rəşadət Babayev nazirin əmrilə daha yüksək vəzifədən nisbətən aşağı vəzifəyə təyinat alıb ki, bu da bir qayda olaraq səbəbsiz olmur.
Hər halda, çıxan nəticə budur ki, Rəşadət Babayev DYP rəisinin müavini postunda qüsursuz işləsəydi daha aşağı vəzifəyə təyin edilməzdi. Amma görünən həm də odur ki, Rəşadət Babayev heç indiki vəzifəsinin də öhdəsindən layiqincə gələ bilmir və bu da narazılıqların artmasına gətirib çıxardır.

Şəxsi “CİP”i ilə reydə
çıxan alay komandiri

“Unikal” qəzetinin əldə etdiyi məlumata görə, Rəşadət Babayev müntəzəm olaraq “90-700” dövlət seriya nömrəli, ağ rəngli şəxsi “CİP” avtomobili ilə reydə çıxır. Əslində buna heç reyd də demək olmaz, əgər şəhərdə kimsə Rəşadət Babayevin idarə etdiyi avtomobili ötüb keçirsə, yaxud hansısa digər səbəbdən onun gözünə xoş görünmürsə həmin avtomobil dərhal saxlanılır və heç bir səbəb göstərilmədən cərimə meydançasına aprılır. Bununla bağlı “Unikal”a danışan sürücü başına gələnləri belə təsvir edir: “Avtomobilimi saxladılar, soruşdum ki, nə baş verir? Qayda pozmamışam, radarım və ya hər hansı cəriməm yoxdur. Mənə heç bir izahat vermədən avtomobilimi “ştrafnoy”a apardılar, yalnız cəriməni ödədikdən sonra avtomobilimi oradan çıxarda bildim. Sonradan öyrəndim ki, “günahım” Rəşadət Babayevin avtomobilini ötməyim imiş. Belə qanunsuzluq olar? Rəşadət Babayev reydə çıxıbsa bunu niyə şəxsi avtomobilində və mülkü geyimdə edir?”.
Amma bu Rəşadət Babayevin adının hallandığı yeganə qanunsuzluq deyil. Onunla bağlı daha bir fakta nəzər salaq.

DYP-də ali təhsilli
serjantlar

Mövcud qanunvericilik yol verməsə də hazırda Dövlət Yol Polisində ali təhsilli serjantlar çalışır. Belə serjantlardan biri isə Rəşadət Babayevin “sağ əli” sayılan Novruzov Təbriz Mehman oğludur. Araşdırmalarımız zamanı bəlli olub ki, Təbriz Novruzov xalq arasında “Politexnik” kimi tanınan ali təhsil ocağını bitirib. O, 2009-cu ildə universitetə daxil olub və 2013-cü ildə bitirb. O, ali təhsilli olması serjant kimi çalışmasına yol verməsə də, Rəşadət Babayevin sayəsində o qanunları rahatlıqla tapdalaya bilib.
Ali təhsilli şəxslərin DYP-də serjant işləməsinin nə dərəcədə doğru olduğunu öyrənmək üçün əməkdaşımız hüquqşünas Mehman Muradlı ilə əlaqə saxlayıb və o bu kimi halların qanun pozuntusu olduğunu bildirib: “Ali təhsilli şəxsin serjant işləməsi qanunla qadağandır və bu yolverilməzdir. Bu fakt təsdiqini taparsa müvafiq araşdırmaya ehtiyac duyulacaq”.

Alay komandirinin
“yol əhvalatları”...

Kefi istəyəndə xoşuna gəlməyən sürücünü döyməkdən, şil-küt etməkdən belə çəkinməyən Rəşadət Babayevin karyerası “yol əhvəlatları” ilə xüsusilə zəngindir. Gəlin onlardan bir neçəsi ilə tanış olaq.
“Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev sürücüyə qarşı haqsızlıq edib.
Hadisə aprelin 12-də, saat 14:00 radələrində paytaxtın Nizami rayonu 8 km qəsəbəsi ərazisində, Babək prospektində baş verib. O, heç bir səbəb olmadan paytaxt sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə edərək cərimə meydançasına apartdırıb. Rəis müavini vətəndaşı aftomobildən sürüyərək çıxarıb və onun paltarını cırıb. Zərərçəkən Natiq Əhmədov isə məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib”.
Oxuduğunuz sətirlər hansısa dedektiv filmin ssenarisindən deyil. Bu Rəşadət Babayevin öz ssenarisidir.
Görünür, Rəşadət Babayevlə bağlı hər hansı tədbir görülməməsi onun qanunsuz əməllərini davam etdirməyə həvəsləndirib.
Məsələylə bağlı Rəşadət Babayevin mövqeyini öyrənmək istəsək də, o bildirdi ki, bu barədə qəzet çap olunandan sonra münasibət bildirəcək.

Son əvəzi...

Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaş ölkə qanunları qarşısında bərabər hüquqa malikdir. Lakin, deyəsən Rəşadət Babayev kimiləri tutduqları vəzifə kürsüsündən, onun verdiyi səlahiyyətlərdən istifadə edərək nəinki bu bərabərlik hüququnu danır, hətta vətəndaşları incidərək narazı salmaqdan belə çəkinmirlər. Əgər belə olmasaydı, Rəşadət Babayev özünün cəzasız qalacağına inanmaz, öz diqtəsini qanunlardan yüksək tutmazdı.
Dediyimiz kimi, qanunlar hamı üçün yazılır və dövlət bu qanunların aliliyini qorumaq üçün xüsusi qurumlar formalaşdırır. Qanunların keşiyində durmalı olan belə qurumlar və orada çalışan hər bir əməkdaş vəzifəsindən asılı olmayaraq, ilk növbədə özü əlahəzrət qanunlara hörmətlə yanaşmalıdır.
“Unikal” qəzeti olaraq ümid edirik ki, Daxili İşlər Naziri cənab Ramil Usubov, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov, Bakı Baş Polis idarəsinin rəisi genral-mayor Mirqafar Seyidov yuxarıda göstərilən faktlarla bağlı qanun çərçivəsində müvafiq ölçünün götürülməsini təmin edəcəklər. İnanırıq ki, polis sıralarında bu adı doğrultmayan, öz hərəkətləri ilə bu şərəfli peşəni nüfuzdan salan əməkdaşlara qarşı daha sərt cəza tədbirlərinə şahidlik edəcəyik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru