Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                 

Təhsil sahəsində problemlər boğaza qədərdir... - ŞİKAYƏT VAR
Tarix: 12-01-2016, 11:59 | Çap et
Təhsil sahəsində problemlər boğaza qədərdir...
Bu günlərdə bizimdovr.az-a ardıcıl daxil olmuş iki müraciətdə Bakı Dövlət Sosial-İqtisad Kollecində baş verən rüşvətxorluq hallarından bəhs olunur. Məlum olduğu kimi, hələ 2013-cü ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu təhsil müəssisəsində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilmişdi. Keçirilən anti-korrupsiya əməliyyatı zamanı kollecin digər əməkdaşları ilə yanaşı, qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizova qarşı ittiham irəli sürülərək, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Həmin vaxt yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçirmiş və nəticədə kollecin müəyyən əməkdaşları əllərində rüşvət üçün verilən pullarla tutulmuşdular.
Bundan sonra kollecə nazir Mikayıl Cabbarovun əmri ilə İlham Vəliyev direktor təyin edildi. Lakin, artıq üç ilə yaxın bu təhsil ocağına rəhbərlik edən İlham Vəliyev, əvvəllər kollecdə mövcud olan neqativ halları nəinki aradan qaldırmayıb, hətta iddialara görə, problemlərin sayı daha da artıb. Qeyd edək ki, Bakı Dövlət Sosial-İqtisad Kolleci 1966-cı ildə cəmi 150 tələbə və 11 müəllimlə texnikum kimi fəaliyyətə başlayıb. Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə Bakı Plan İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisad Kolleci yaradılıb. Hazırda kollecdə 1500-dən çox tələbə əyani və qiyabi şöbələrdə təhsil alır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, İlham Vəliyevin rəhbərliyi altında kollecdə təhsilin səviyyəsi xeyli aşağı düşüb. Kollecdəki mənbələr bildirir ki, İlham Vəliyevin bu müddət ərzində həyata keçirdiyi “islahatları” heç də mütərəqqi adlandırmaq olmaz. Belə ki, kollecdə elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir. Məsələn, bu gün Bakı Dövlət Sosial-İqtisad Kollecində sessiyanı “uğurla” başa vurmağın qiyməti artıq 300-350 manat məbləğində müəyyənləşdirilib. Qeyd edək ki, bu məbləğ hazırda kollecdə Bank işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrdən biri tərəfindən göstərilib. Eyni zamanda da kollecin məzunlarından biri bizimdovr.az-a açıqlama verərək, burada oxuduğu müddət ərzində 6 sessiyaya 2 min manat “xərci çıxdığını” bildirib. Bundan başqa, aldığımız açıqlamalara görə, kollecə yeni qəbul olmuş tələbələr növbəti dərs ili başlayandan tələbə biletlərini və qiymət kitabçalarını almaq üçün get-gələ salınırlar. Bəzi imkanlı tələbələr isə, rüşvət müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Öz növbəsində bu hal da əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməz. Bu arada, yazının əvvəlində məxsusi olaraq nədən məhz kollecin qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizovun adını çəkdiyimizə aydınlıq gətirək. Məsələ bundadır ki, aldığımız məlumatlarda hazırda bu şöbəyə rəhbərlik edən Adil Gülalıyevin özbaşınalıqlarından bəhs edən açıqlamaların çoxluğu diqqəti cəlb edir. Maraqlıdır ki, bu “təhsil işçisi” hələ öz sələfinin həbsindən heç bir il keçməmiş artıq müəyyən qalmaqalları ilə mətbuatın gündəminə çıxa bilmişdi. Belə ki, hələ 2014-cü ilin yanvar ayında mətbuata daxil olan məlumatlarda qeyd olunmuşdu ki, kollecin təlim-tərbiyə işlər üzrə direktor müavini Teymuraz Əfəndiyevlə Adil Gülalıyev, sessiya imtahanları üçün yığılan pulun bölgüsü zamanı aralarında yaranmış mübahisə zəminində əsil yumruq davasına çıxıblar. Belə ki, direktor müavini şöbə müdirindən pulları tələb edərkən o pulun bir hissəsini vermək istəməyib. Teymuraz Əfəndiyev isə pulu tam istəyib. Nəticədə müəllimlər tələbələrin gözü qabağında yumruq davasına çıxıblar. Hətta onların bir-birinin üz-gözünə xəsarət yetirdiyi iddia olunurdu...
Yeni aldığımız məlumatlarda isə, hazırda Bakı Dövlət Sosial-İqtisad Kollecində mövcud durumun daha gərgin olduğu bildirilir. Vurğulanır ki, manatın devalvasiyası və bu əsasda ölkədə müşahidə olunan bahalaşma fonunda, kollec rəhbərliyi tərəfindən tələbələrə qarşı irəli sürülən pul tələbləri də xeyli sərtləşdirilib...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru