Dövlətin büdcəsini bu qurummu dağıdır? - Korrupsiya ittihamı...
Tarix: 25-01-2016, 11:48 | Çap et
Maliyyə Nazirliyində şəbəkələşmiş qrupun korrupsiya mexanizmi haqda yeni məlumatlar yayılıb. Bəzi media quruluşlarında Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir Eyni zamanda, onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar var.Bizi məlumatlandıran sahibkarlardan biri deyib ki, 1-ci müavin Azər Bayramovun «çətir»i altında xüsusi statusa sahiblənmiş Nadir Qarayev korrupsiya şəbəkəsinə nazirlik və komitələrin maliyyə şöbələrinin rəislərinə də cəlb eləyib: «Məlumat üçün bir daha qeyd edim ki, Nadir Qarayev təkcə idarə rəisi və korrupsiya şəbəkəsində önəmli rol oynayan şəxs kimi deyil, həm də Azər Bayramovun yerlisi, yaxın qohumu olaraq nazirlik, komitə, icra hakimiyyətlərinin «qorxulu röyası»dır. Onun bir kəlməsi istənilən nazirliyin maliyyə şöbəsinin müdirini əmrə müntəzir hala gətirir. Əks halda, həmin nazirlik vəsaitlərin vaxtlı-vaxtında köçürülməsində (maliyyəçilərin diliylə desək, hesabların açılması-redaksiya) ciddi sıxıntılar yaşayacaq. Nadir Qarayev yerlisi və əsas himayəçisi olan Azər Bayramova güvənərək, bu təsir imkanından yararlanaraq, ona tapşırılmış «faiz yığmaq» prosesini çox böyük ustalıq və peşəkarlıqla yerinə yetirir». Daxil məlumata görə rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında «oliqarx» məmura çevrilib. Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər «faiz» alır. Bu barədə saytımıza məlumat verən mənbəninin bildirdiyinə görə maliyyə idarəsinin müdiri büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özü üçün tələb edir. Belə ki, idarə və müəssisə rəhbərləri maliyyə idarəsinin müdirinin «payını» nəğd şəkildə əvvəlcədən çatdırırlar. Əks təqdirdə vəsaitin idarə və müəssisələrin hesabına köçürülməsində ciddi «problemlər» ortaya çıxır. Ümumilikdə isə Gədəbəy Maliyyyə İdarəsinin müdirinin illik «gəliri» yüzmin manatlarla ölçülür. Məlumatlı mənbəninin cumhuriyyet.az-a bildirdiyinə görə Namiq Məmmədovun maliyyə nazirinin müavini Azər Bayramovla isti münasibətlərindən ilk növbədə yaralanan icra başçısı Ramiz Yediyarovdur. Belə ki, rayon icra başçısı bir çox cari təmirləri həyata keçirən kiçik şirkətlərin çoxunu maliyyə idarəsi rəisinin əmisi oğlu, Gədəbəy Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədova həvalə etməklə özünə hər il yüz min manatlarla “xeyir” götürür. İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan “Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir. Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin “aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir. Bildirilir ki, Namiq Məmmədov və əmisi oğlu rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədov bölgədə “Gədəbəy qruplaşması”ının başında dayanan əsas şəxslərdir və bu şəxslərin əli ilə Azər Bayraiov hər il Gəncəbasar regionlarından miylonlarla manat «faiz» toplayır. Qeyd olunur ki, Ramiz Məmmədov bir vaxtlar rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxtlar Ramiz Məmmədov rayon təhsilində baş verən çoxsaylı maxinasiya və qanunsuzluqlarla ad çıxartıb. Mənbəmiz iddia edir ki, Ramiz Məmmədovun “fironluğu”, həmçinin maliyyə maxinasiyaları barədə dəfələrlə təhsil nazirliyinə və prezident aparatına edilən şikayətlərdən sonra, əmisi oğlu Namiq Məmmədovun sayəsində qəflətən rayon mədəniyyət və turizm şöbəsinə “transfer” olunub. Çünki Ramiz Məmmədov təhsil şöbəsində həyata keçirdiyi maliyyə maxinasiyalarını əmisi oğlu Namiq Məmmədov vasitəsi ilə hayata keçirib və bu maxinasiyaların üstünün açılması Maliyyə İdarəsinin müdiri üçün həbsxana qapılarını aça bilərdi. İddiaya əsasə ucqar bir rayonda məmur oliqarxa çevrilən Namiq Məmmədov daha böyük iddialara düşdüb. Gədəbəy maliyyə idarəsinin müdiri Azər Bayramovun dəstəyi ilə icra başçısı Gədəbəyə, ya da yaxın rayonların birinə icra başçısı təyinatı almaq üçün bütün imkanlarını səfərbər edib. Onun bu işdə əsas hamisi isə Azər Bayramov və “Gədəbəy qruplaşması”nın Bakıdakı fəal üzvlərdir. Maliyyə Nazirliyində şərti adı «Gədəbəy qruplaşması» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar: «Yaxın aylara qədər susanlar bu gün açıq şəkildə «Gədəbəy qruplaşması» və onların himayəsində olan maliyyə məmurlarının hərəkətlərindən şikayətlənməyə başlayıblar. Onlarla bərabər, ölkədə ciddi rol və nüfuza sahib olan bəzi nazirlərin də bu qruplaşmadan narazı olduğu sirr deyil. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olurlar. Çünki nazirliklərin layihələrində qalib olan şirkətlər 1 saylı Xəzinədarlıq İdarəsinin razılığı ilə hesablarına köçürülməli olan vəsaitləri vaxtında ala bilmirlər. Nadir Qarayev açıq şəkildə «şərti»ni qoyaraq, «haqqı»nı istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli “faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür. Maraqlı burasıdır ki, dövlət qurumlarının maliyyə şöbəsi rəisləri də belə vəziyyətdə öz vəzifələrini qorumaq və son bir neçə ildə üstün mövqeyə sahiblənmiş «Gədəbəy qruplaşması» ilə düşmən olmamaq üçün sahibkarları sıxmağa başlayırlar. Açıq şəkildə tender qalibi olan şirkətlərə «1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün» deyirlər. Bəli, «Azər Bayramov- Nadir Qarayevin “hakimiyyət pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır». Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir “gestapo rejimi”nin hökm sürdüyünü bildirilən müsahibimiz deyir ki, bu qrup elə bir həddə çatıb ki, artıq Azərbaycan dövlətinin strateji maraqlarını da nəzərə almırlar: «Bəlkə də digər nazirlik, komitə və icra hakimiyyətlərini anlamaq olar. Ancaq müharibə şəraitində olan Azərbaycan ordusunun təminatını həyata keçirən şirkətlərdən də «hesab» tələb olunması, heç də anlaşılan deyil. Mənim bildiyimə görə, Nadir Qarayev faktiki ordunu ərzaq və digər tələbatlarını təmin edən şirkətlərə qarşı da güzəştə getmir. Düzü, bu məsələyə Müdafiə Nazirliyinin maliyyə şöbəsinin rəisi Namiq Poladov necə yanaşır, bunu bilmirəm. Amma dəqiq bildiyim odur ki, Nadir Qarayevə 6 faizlik «hesab» çatmasa, Müdafiə Nazirliyinin tenderlərində qalib olan və ordunun təminatını həyata keçirən şirkətlərin pulu da hesablarına köçürülmür…». Müsahibimiz deyir ki, Azər Bayramovun «patron»luğu ilə həyata keçirilən bu sistemə qarşı çıxan dövlət qurumalrı və şirkətlər dözülməz vəziyyətlə üzləşirlər: «Məsələn, tərtib olunan maliyyə sənədləri düzgün, qanunauyğun olsa da, Nadir Qarayev aylarla təqdim olunan sənədlərin icrasını yubadır. Və sonda «hesab» ödənilmədiyi üçün sənədlər bir bəhanə ilə geri qaytarılır. Bu isə qalib şirkətin tenderin şərtlərinə əməl edə bilməməsinə səbəb olur ki, nəticədə şirkətlər daha böyük məbləğdə zərərlə üzləşirlər. Maliyyə Nazirliyindəki məlum qrup da bunu əla bildiklərindən çox rahat şəkildə «öz fəaliyyət»lərini yüksələn xətlə davam etdirirlər. Nəticədə bu qrup çox böyük vəsaitləri təyinatından yayındırmaqla, iri kapital sahibinə çevrilir. Həmin kapitalın sabah kimə və necə istifadə olunacağını araşdırmaq, bu dövlətin işidir. Ancaq hələlik bu prosesdən həmin qrup qazanclı, şirkətlər, onların işçiləri, nəhayət, dövlət isə itirən çıxır». Qarşı tərəfdən münasibət öyrənmək mümkün olmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Bu gün, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Bu gün, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Bu gün, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Bu gün, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Bu gün, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Bu gün, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
|