2011-ci ildə fəaliyyətə başlamış “Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə, ət və hazır şişə taxılmış dönər ətinin satıçı üzrə ixtisaslaşmış şirkət hesab olunur. Məsələ burasındadır ki, şirkət həm də zaman-zaman mediada müxtəlif maliyyə maxinasiyalarının ünvanı kimi tanınır. Şirkətdən gələn şikayətlərin böyük əksəriyyəti də məhz iri sahibkarların şirkətin işinə cəlb edilməsi yolu ilə onların külli miqdarda vəsaitlərini mənimsəməklə bağlı olub. Şirkət mətbuatın gündəmini təəssüflər olsun ki, bu kimi problemlərlə zəbt edir.
dia-az.life 7News.az-a istinadla şirkət haqqında növbəti şikayəti təqdim edir.
Belə ki, şirkətin rəhbəri Əhədov Viləş Ayxan oğlu, özü də daxil olmaqla bir neçə nəfərlə şəriklik edərək 500 min manat qarşılığında mal-qara almaq üçün sözləşib. Şəriklərdən Cem Ərsoy Səlcuk və Məmmədov Qaşqay adlı şəxs bu pulların bir qisminin istifadə olunduğunu, yerdə qalan külli miqdarda məbləğin - 293 min manatın "yoxa çıxdığını" bildiriblər.
7News.az-a bu barədə məlumat verən Məmmədov Qaşqay artıq 7 aydır ki, 293 min manatının geri qaytarılmadığını dilə gətirib. Onun sözlərinə görə, şirkətin rəhbəri Əhmədov Viləş pullarla bərabər yoxa çıxıb. Hüquq mühafizə orqanına şikayət etmələrinə baxmayaraq ortada heç bir nəticə yoxdur.
Xatırladaq ki, Məmmədov Qaşqay pulu Məmmədov Ələsgər, mühasib Sərdar, icraçı direktor Zaurun yanında Əhədov Viləşə verib.
Videolardan isə aydın görünür ki, “Hilal Agro” şirkəti bu kimi hallarla tez-tez qarşılaşır. Məhz bu səbəbdən də külli miqdarda maliyyə ayıraraq “qoçu dəstəsi” saxlamaqdadır.