“Yol İnşaatçısı” MMC-də fəhlə həyatı risqə atılır... - İTTİHAM VAR
Tarix: 12-02-2016, 11:54 | Çap et
Bir müddət bundan əvvəl redaksiyamıza “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sifarişlərinin icrasına cəlb olunmuş “Yol İnşaatçısı” MMC-nin fəaliyyəti zamanı baş vermiş bir neçə bədbəxt hadisə barədə məlumatlar daxil olmuşdu. Həmin məlumatlar əsasında apardığımız araşdırmalar nəticəsində bəzi ilginc nəticələr əldə edə bilmişik. Xatırladaq ki, qəzetimizin 22.12.2015-ci il tarixli sayında artıq bu mövzuya dair ““Yol İnşaatçısı” MMC-də bədbəxt hadisə” sərlövhəli bir tənqidi material dərc olunmuşdu. Həmin yazıda biz göstərmişdik ki, “Yol İnşaatçısı” MMC keçmiş Bakı şəhəri baş yol təmir-tikinti trestinin tərkibindəki 3 saylı yol təmir-tikinti idarəsinin bazasında yaradılmışdır. Həmin vaxt 3 saylı YTTİ-nin müdiri vəzifəsində çalışmış Zahid Nuriyev bu gün də MMC-yə rəhbərlik edir. Həmin vaxt aldığımız məlumata görə, “Yol İnşaatçısı” MMC-nin Nardaran qəsəbəsində apardığı yol çəkilişi işlərinin gedişində məsuliyyətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində fəhlələrdən bir nəfəri dünyasını dəyişmişdir. Mənbə xəbər verirdi ki, hadisənin baş verməməsi üçün ən elementar təhlükəsizlik tədbirlərinin görülməsi belə yetərli ola bilərdi. Lakin təəssüflər olsun ki, rəhbərliyin sadəcə qazanc barədə düşündüyü müəssisələrdə bir çox hallarda bu kimi tədbirlərə işi kecikdirən amil kimi baxılır. Bu səhv baxışın nəticəsi isə, göründüyü kimi, çox ağır olur. Lakin son apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Zahid Nuriyevin fəaliyyətini heç də sadəcə məsuliyyətsizlik kimi dəyərləndirmək olmaz. Ən azından, əgər söhbət bir il ərzində baş vermiş artıq üç ölüm hadisəsindən və onların gizlədilməsindən gedirsə, bu zaman sırf cinayət əməlindən bəhs olunmalıdır. Bu hadisələrdən birincisi 2015-ci ilin mart ayının 22-də (bayram günü!) baş verib. Hadisə nəticəsində Baba adlı şəxs (Gürcüstan vətəndaşı) dünyasını dəyişib. Bundan dərhal sonra Zahid Nuriyev mərhumun meyidinin Gürcüstana, Faxralı kəndinə aparılmasını və orada dəfn olunmasını təmin edib.
İkinci hadisə yenə də ötən il baş verib. Bu dəfə artıq Sumqayıtda görülən işlər zamanı Süleyman adlı şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Yenə də Zahid Nuriyev mərhumun meyidinin Gürcüstana, Faxralı kəndinə göndərərək, orada dəfn etdirib. Və nəhayət, bu ilin fevral ayının 7-də, “Yol İnşaatçısı” MMC-yə məxsus Balaxanı asfalt zavodunda Hümbətov Araz Musa oğlu (fəhlə) traktorun altında qalaraq, ağır xəsarətlər alıb. Zahid Nuriyev xəsarət alanı Sabunçu rayon xəstəxanasına aparsa da, Araz Hümbətov ora çatdırılanda artıq ölmüş olub. Meyid morqa verilib və pataloqoanatomik müayinədən keçirilib (yarılıb). Bundan sonra isə, yenə də eyni qaydada, Zahid Nuriyev mərhumun meyidinin Gürcüstana, Faxralı kəndinə aparılmasını və orada dəfn olunmasını təmin edib (Türklər demişkən, manyak bu ya!). Hətta Araz Hümbətovun meyidi ailəsinə belə verilməyib. Məsləyə aydınlıq gətirmək üçün “Yol İnşaatçısı” MMC-nin rəhbəri Zahid Nuriyevlə əlaqə saxlamaq istədik, amma bu mümkün olmadı. Müəssisənin baş mühəndisi Yunis Babayev isə, belə bir hadisənin baş vermədiyini bəyan etdi. Araşdırmamızın gedişində Sabunçu RİH-nin Balaxanı inzibati ərazi vahidi üzrə nümayəndəliyinə, Sabunçu Rayon İcra Hakimiyyətinə də müraciət etdik. Orada da hadisə barədə məlumatsız olduqlarını bildirdilər. Sabunçu RİH başçısının köməkçisi Müslüm müəllim isə məsləhət gördü ki, polis orqanlarına müraciət edək. Etdik. Balaxanıda zavodun yerləşdiyi ərazi üzrə sahə müvəkkili də hadisə barədə məlumatsız olduğunu bildirdi. Amma... Amma məsələ bundadır ki, Sabunçu rayon xəstəxanasından deyilən faktı təkzib etmirlər. Əksinə, burda bizə bildirdilər ki, xəstəxananın morqunda meyidin qəbul edilməsini, yarılmasını və müayinənin nəticələrini təsdiqləyən sənədlər də tərtib olunub. Ola bilərmi ki, həkimlər bu fakt barədə polisi məlumatlandırmasınlar? Əlbəttə ki, ola bilməz. Bəs elə isə, bu məlumatlar hansı səbəbdən gizlədilir? Digər tərəfdən isə, “Yol İnşaatçısı” MMC-də olan və təbii ki, adının açıqlanmasını istəməyən bir nəfər şahid deyir ki, bu gün müəssisədə çalışanların əksəriyyəti Zahid Nuriyevlə bu və ya digər formada qohumluq əlaqələri olan, Gürsüstanın Faxralı kəndindən gəlmiş və müəssisədə heç bir müqavilə bağlanmadan işlədilən insanlardır. Məhz buna görə də, MMC rəhbəri baş verən hadisələr barədə şikayətlərin olunmamasını asanlıqla təmin edə bilir. Faciələrin isə, birbaşa müəssisədə təhlükəsizlik qaydalarına qətiyyən əməl olunmaması səbəbindən baş verdiyi heç bir şübhə doğurmur. Amma qayıdaq əsas məsələyə. Hadisə nəticəsində ölmüş insanların yaxınları şikayət etməyə bilərlər. Bəs ölkə qanunlarında belə vəziyyətlərdə hansı tədbirlərin görülməsi nəzərdə tutulub? Yəni polis orqanları ən azından AR CM-nin 162.2 (ehtiyyatsızlıqdan insan ölümünə səbəb olma) maddəsi ilə də cinayət işinin açılmasına əsas görməyiblər? Axı nə qədər də olmasa, bir ildə üç insan öz həyatını itirib. Bəs buna görə heç kim məsuliyyət daşımalı deyil..? Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək istərdik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
|