Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sement bazarındakı saxtakarlığın arxasında kimlər dayanır?
Sement bazarındakı saxtakarlığın arxasında kimlər dayanır?26-05-2016, 11:09 |
DİA.AZ: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» yazısı olan sement kisələrinin hazırlanması fərdi sahibkar (iş üzrə cavabdeh) Ağayev Anar Gülağa oğlu və Məişət Malları ASC-yə və digər şəxslərə qadağan edilib. DİA.AZ xəbər verir ki, Garant İnşaat Sənaye MMC fərdi sahibkar Ağayev Anar Gülağa oğluna qarşı iddia qaldıraraq müəssisəyə məxsus sement əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi, UNİVERSAL adı altında sement istehsalının dayandırılması, bu adda sement məhsulunun ticarət dövriyyəsindən çıxarılaraq məhv edilməsi, əmtəə nişanından qanunsuz istifadəyə görə vurulmuş zərər üçün kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını tələb edib. İddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. İşə baxılması ərəfəsində müəyyən olunub ki, qanunsuzluğu mübahisələndirilən sement kisələri Bakı şəhəri Nizami rayonunda Keşlə qəsəbəsində yerləşən Məişət Malları ASC-də hazırlanır. Sementin istehsalçısı A.Ağayev isə Qaradağ rayonu Sahil qəsəbəsində QARADAĞ SPEAK-EZ MMC-nin istehsal sahəsində fəaliyyət göstərir. Garant İnşaat Sənaye MMC-nin iddia tələbində göstərib ki, 2014-cü ildən ona məxsus olan UNİVERSAL sement (rənglər: qırmızı, yaşıl, bej) əmtəə nişanı qanunsuz olaraq A.Ağayev adlı fərdi sahibkar tərəfindən təqlid edilməklə bazarda tanınmış məhsulun oxşarı yaradılıb. Müəssisə əmtəə nişanına olan hüququnun pozulmasının qarşısının alınması üçün məhkəməyə müraciət edib. Garant İnşaat Sənaye MMC, həmçinin, Ağcabədi şəhərində H.Əliyev küçəsi "Tikinti materialları mağazası" (satışa məsul şəxs Salmanov Əmiralı), Ağdaş şəhərində Ağdaş-Ləki Yolunda "Tikinti materialları mağazası" (Satışa məsul şəxs Ələkbərov Maarif), Ağdaş şəhərində Bakı-Şamaxı-Yevlax yolunda "Tikinti materialları mağazası" (Satışa məsul şəxs Cavadov Məhəmməd), Balakən şəhərində Səttar Gözəlov küçəsində “Tikinti malları mağazası” (satışa məsul şəxs Abdulla), Balakən şəhərində N.Nərimanov küçəsində “Tikinti malları mağazası” (satışa məsul şəxs Yolçuyev Yusif), Balakən rayonu Katex kəndində “Tikinti materialları mağazası” (Satışa məsul şəxs İsmayılov Nadir), Bərdə şəhəri H.Əliyev prospektində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Bəndəliyev Zamin), Bərdə şəhəri H.Əliyev prospektində “Polad İnşaat” mağazası (Satışa məsul şəxs Xasay), Beyləqan şəhərində S.İmrəliyev küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kamilzadə Müşfiq), S.İmrəliyev küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Teymurov Əlisahib), Beyləqan rayonu, Daşburun qəsəbəsi “Dördyol dairəsi”ndə “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kamilzadə Elşad), Göyçay şəhərində Nizami küçəsi, Mərkəzi Xəstəxananın yanında “Tikinti malları mağazası” (Satışa məsul şəxs Bəxtiyar), Göyçay rayonu Ucar yolu-Potu kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Şirzad və Yalçın), Oğuz şəhərində Oğuz-Şəki yolunda “Tikinti malları mağazası” (Satışa məsul şəxs Şərifov Vüsal), Oğuz şəhəri Cavanşir küşəsində (məscidin yanı) “Tikinti malları mağazası” (Satışa məsul şəxs Ələkbərov Vaqif), Qax şəhərində H.Əliyev prospektində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Muxtarov İlfan Camal oğlu), Qəbələ şəhərində Zarağan dairəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxslər Hüseynov Edison, Qafarov Rafəddin), Qəbələ şəhəri 28 may küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kərimov Sədiyar), Qəbələ rayonu Həmzəlli kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Abdullayev Samir), Qəbələ rayonu BUM kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Umarov Şahmar), Qusar şəhərində Qusar çayının sol sahili üzərində “İnşaat materialları bazarı" (Satışa məsul şəxs Nahid), Xaçmaz şəhərində Quba-Xaçmaz yolunda “Qum bazarı”nda (Satışa məsul şəxs Fərman), Zaqatala şəhərində Zaqatala-Balakən yolu-Cavadxan küçəsi kəsişməsi “Tikinti malları mağazası” (Satışa məsul şəxs Əhməd), Zaqatala şəhərində Vasif İsmayılov küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Azalov İsfəndiyar), Zaqatala şəhəri Çingiz Atalov küçəsində Tikinti malları mağazası (Satışa məsul şəxs Ağalarov Ağamusa) satılan UNİVERSAL sement məhsulunun aktlaşdırılaraq üzərinə həbs qoyulması, satışının cavabdehə və həmin satış yerlərində məsul (və digər şəxslərə) qadağan edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edib. Məhkəmənin qərardadı ilə “Qaradağ AA UNİVERSAL” hazır sement kisələrinin istehsalçısı olan Məişət Malları ASC-də və sement istehsalçısı olan fərdi sahibkar A.Ağayevdə olan kisələrin sayının müəyyənləşdirilməsi, üzərinə həbs qoyulmaqla satışı qadağan edilib. Eyni zamanda, məhkəmənin qərardadına görə, Qaradağ rayonu ərazisində yerləşən istehsal yerində, anbarlarda, topdan və pərakəndə satış yerlərində hazır məhsul şəklində “Qaradağ AA UNİVERSAL» sementin aktlaşdırılaraq üzərinə həbs qoyulması, satışının cavabdehə və həmin satış yerlərində məsul olan digər şəxslərə qadağan edilməsin qərara alınıb. Sement bazarında satışa çıxarılan məhsulların keyfiyyəti ilə bağlı məlumat verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son dövrlərdə ölkənin sement bazarında istehlakçıların aldadılması hallarının artması, qanunsuz, laboratoriya nəzarətindən kənar, aşağı keyfiyyətli, təhlükəli sement məhsullarının istehsalı və satışı ilə bağlı məlumatlar artıb. AİİB sədri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair qanun qəbul olunmasından sonra bəzi sahibkarların münbit şəraitdən sui-istifadə etmələri müşahidə olunur. Təəssüf ki, yaradılmış münbit şəraitdən qanunsuz yollarla faydalanan bəzi sahibkarların əməlləri istehlakçıların hüquqlarının pozulmasına, onların həyatı və ətraf mühit üçün təhlükəli nəticələrə səbəb ola bilər. Məlum olur ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı “yüksək markalı” sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Qanunsuz buraxılan sement kisələrinin üzərində “Məhsulun keyfiyyətinə Akkreditasiya olunmuş Mərkəzi Sınaq Laboratoriyasında nəzarət olunur” yazılır. Araşdırma apardıqda məlum olur ki, bu cür istehsalçıların akkreditasiya olunmuş Sınaq Laboratoriyası yoxdur. Bütün bunlar istehlakçıların aldadılması, tikinti sektoru üçün təhlükəli malların satışı deməkdir. AİİB istehlakçıların aldadılmasının, təhlükəli sement məhsulunun qanunsuz istehsalının və satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Vergilər Nazirliyinə, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə və s. aidiyyəti orqanlara müraciətlər göndərib. E.Hüseynov sement alıcılarına müraciət edərək, aldanmamağı, diqqətli olmağı, müşayiətedici sənədləri, sertifikatı olmayan, saxta, qanunsuz sement məhsullarından uzaq olmağı tövsiyə edir. Geri qayıt |