Sement bazarındakı saxtakarlığın arxasında kimlər dayanır? - İş məhkəmədədir...
Tarix: 26-05-2016, 11:09 | Çap et
DİA.AZ: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» yazısı olan sement kisələrinin hazırlanması fərdi sahibkar (iş üzrə cavabdeh) Ağayev Anar Gülağa oğlu və Məişət Malları ASC-yə və digər şəxslərə qadağan edilib.
DİA.AZ xəbər verir ki, Garant İnşaat Sənaye MMC fərdi sahibkar Ağayev Anar Gülağa oğluna qarşı iddia qaldıraraq müəssisəyə məxsus sement əmtəə nişanından qanunsuz istifadənin qadağan edilməsi, UNİVERSAL adı altında sement istehsalının dayandırılması, bu adda sement məhsulunun ticarət dövriyyəsindən çıxarılaraq məhv edilməsi, əmtəə nişanından qanunsuz istifadəyə görə vurulmuş zərər üçün kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını tələb edib. İddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. İşə baxılması ərəfəsində müəyyən olunub ki, qanunsuzluğu mübahisələndirilən sement kisələri Bakı şəhəri Nizami rayonunda Keşlə qəsəbəsində yerləşən Məişət Malları ASC-də hazırlanır. Sementin istehsalçısı A.Ağayev isə Qaradağ rayonu Sahil qəsəbəsində QARADAĞ SPEAK-EZ MMC-nin istehsal sahəsində fəaliyyət göstərir. Garant İnşaat Sənaye MMC-nin iddia tələbində göstərib ki, 2014-cü ildən ona məxsus olan UNİVERSAL sement (rənglər: qırmızı, yaşıl, bej) əmtəə nişanı qanunsuz olaraq A.Ağayev adlı fərdi sahibkar tərəfindən təqlid edilməklə bazarda tanınmış məhsulun oxşarı yaradılıb. Müəssisə əmtəə nişanına olan hüququnun pozulmasının qarşısının alınması üçün məhkəməyə müraciət edib. Garant İnşaat Sənaye MMC, həmçinin, Ağcabədi şəhərində H.Əliyev küçəsi "Tikinti materialları mağazası" (satışa məsul şəxs Salmanov Əmiralı), Ağdaş şəhərində Ağdaş-Ləki Yolunda "Tikinti materialları mağazası" (Satışa məsul şəxs Ələkbərov Maarif), Ağdaş şəhərində Bakı-Şamaxı-Yevlax yolunda "Tikinti materialları mağazası" (Satışa məsul şəxs Cavadov Məhəmməd), Balakən şəhərində Səttar Gözəlov küçəsində “Tikinti malları mağazası” (satışa məsul şəxs Abdulla), Balakən şəhərində N.Nərimanov küçəsində “Tikinti malları mağazası” (satışa məsul şəxs Yolçuyev Yusif), Balakən rayonu Katex kəndində “Tikinti materialları mağazası” (Satışa məsul şəxs İsmayılov Nadir), Bərdə şəhəri H.Əliyev prospektində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Bəndəliyev Zamin), Bərdə şəhəri H.Əliyev prospektində “Polad İnşaat” mağazası (Satışa məsul şəxs Xasay), Beyləqan şəhərində S.İmrəliyev küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kamilzadə Müşfiq), S.İmrəliyev küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Teymurov Əlisahib), Beyləqan rayonu, Daşburun qəsəbəsi “Dördyol dairəsi”ndə “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kamilzadə Elşad), Göyçay şəhərində Nizami küçəsi, Mərkəzi Xəstəxananın yanında “Tikinti malları mağazası” (Satışa məsul şəxs Bəxtiyar), Göyçay rayonu Ucar yolu-Potu kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Şirzad və Yalçın), Oğuz şəhərində Oğuz-Şəki yolunda “Tikinti malları mağazası” (Satışa məsul şəxs Şərifov Vüsal), Oğuz şəhəri Cavanşir küşəsində (məscidin yanı) “Tikinti malları mağazası” (Satışa məsul şəxs Ələkbərov Vaqif), Qax şəhərində H.Əliyev prospektində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Muxtarov İlfan Camal oğlu), Qəbələ şəhərində Zarağan dairəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxslər Hüseynov Edison, Qafarov Rafəddin), Qəbələ şəhəri 28 may küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Kərimov Sədiyar), Qəbələ rayonu Həmzəlli kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Abdullayev Samir), Qəbələ rayonu BUM kəndində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Umarov Şahmar), Qusar şəhərində Qusar çayının sol sahili üzərində “İnşaat materialları bazarı" (Satışa məsul şəxs Nahid), Xaçmaz şəhərində Quba-Xaçmaz yolunda “Qum bazarı”nda (Satışa məsul şəxs Fərman), Zaqatala şəhərində Zaqatala-Balakən yolu-Cavadxan küçəsi kəsişməsi “Tikinti malları mağazası” (Satışa məsul şəxs Əhməd), Zaqatala şəhərində Vasif İsmayılov küçəsində “Tikinti malları mağazası” (Satışa məsul şəxs Azalov İsfəndiyar), Zaqatala şəhəri Çingiz Atalov küçəsində Tikinti malları mağazası (Satışa məsul şəxs Ağalarov Ağamusa) satılan UNİVERSAL sement məhsulunun aktlaşdırılaraq üzərinə həbs qoyulması, satışının cavabdehə və həmin satış yerlərində məsul (və digər şəxslərə) qadağan edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş edib. Məhkəmənin qərardadı ilə “Qaradağ AA UNİVERSAL” hazır sement kisələrinin istehsalçısı olan Məişət Malları ASC-də və sement istehsalçısı olan fərdi sahibkar A.Ağayevdə olan kisələrin sayının müəyyənləşdirilməsi, üzərinə həbs qoyulmaqla satışı qadağan edilib. Eyni zamanda, məhkəmənin qərardadına görə, Qaradağ rayonu ərazisində yerləşən istehsal yerində, anbarlarda, topdan və pərakəndə satış yerlərində hazır məhsul şəklində “Qaradağ AA UNİVERSAL» sementin aktlaşdırılaraq üzərinə həbs qoyulması, satışının cavabdehə və həmin satış yerlərində məsul olan digər şəxslərə qadağan edilməsin qərara alınıb. Sement bazarında satışa çıxarılan məhsulların keyfiyyəti ilə bağlı məlumat verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son dövrlərdə ölkənin sement bazarında istehlakçıların aldadılması hallarının artması, qanunsuz, laboratoriya nəzarətindən kənar, aşağı keyfiyyətli, təhlükəli sement məhsullarının istehsalı və satışı ilə bağlı məlumatlar artıb. AİİB sədri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasına dair qanun qəbul olunmasından sonra bəzi sahibkarların münbit şəraitdən sui-istifadə etmələri müşahidə olunur. Təəssüf ki, yaradılmış münbit şəraitdən qanunsuz yollarla faydalanan bəzi sahibkarların əməlləri istehlakçıların hüquqlarının pozulmasına, onların həyatı və ətraf mühit üçün təhlükəli nəticələrə səbəb ola bilər. Məlum olur ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı “yüksək markalı” sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Qanunsuz buraxılan sement kisələrinin üzərində “Məhsulun keyfiyyətinə Akkreditasiya olunmuş Mərkəzi Sınaq Laboratoriyasında nəzarət olunur” yazılır. Araşdırma apardıqda məlum olur ki, bu cür istehsalçıların akkreditasiya olunmuş Sınaq Laboratoriyası yoxdur. Bütün bunlar istehlakçıların aldadılması, tikinti sektoru üçün təhlükəli malların satışı deməkdir. AİİB istehlakçıların aldadılmasının, təhlükəli sement məhsulunun qanunsuz istehsalının və satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Vergilər Nazirliyinə, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə və s. aidiyyəti orqanlara müraciətlər göndərib. E.Hüseynov sement alıcılarına müraciət edərək, aldanmamağı, diqqətli olmağı, müşayiətedici sənədləri, sertifikatı olmayan, saxta, qanunsuz sement məhsullarından uzaq olmağı tövsiyə edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|