Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Neftqazmaş” ASC-nin sədri ilə bağlı ittiham dolu faktlar
“Neftqazmaş” ASC-nin sədri ilə bağlı ittiham dolu faktlar1-07-2016, 10:34 |
Vahid Hacıyev Günay İbrahimovaya bildirib ki, əməliyyatdan sonra ona iki otaqlı mənzil və 15 min manat da pul verəcək. Günay İbrahimovanın anası Kifayət Abbasova deyir ki, zavod direktoru qızını aldadıb. Ona böyrəyini almaq müqabilində cəmi 3000 dollar pul ödəyib. Xatırlayırsınızsa, bir müddət əvvəl Sabunçu rayonunda yerləşən «Neftqazmaş» ASC-nin rəhbəri Vahid Hacıyevin adı orqan alverinə qarışmışdı. Belə ki, Qubadlı rayonundan məcburi köçkün düşən Günay İbrahimova mətbuata müraciət edərək bildirmişdi ki, həyat şəratinin ağırlığından, mənzilinin olmaması səbəbindən böyrəyini satmaq qərarına gəlib. Hətta bununla bağlı bir çox yerlərə müraciət edib. Günay İbrahimovanın böyrəyinə alıcı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçilərinin vasitəçiliyi ilə tapılıb. Bundan sonra Günay İbrahimovanın qara günləri başlayıb. 2010-cu ildə «Neftqazmaş» Açıq Səhmdar Cəmiyyətinin sədri Vahid Hacıyev İran İslam Respublikasında «Obama» klinikasında böyrək dəyişdirmək üçün müraciət edir: «Əvvəlcə ona böyrəyin tapılmasının mümkünlüyü bildirilsə də, sonradan klinikadan deyiblər ki, İranda yeni qanun qəbul edilib və donor Azərbaycandan olmalıdır. Bundan sonra Vahid Hacıyevə Qızıl Aypara Cəmiyyətindən telefon edərək donorun olduğunu bildirirlər. Günay İbrahimova da zavodun direktoru ilə 2010-cu ilin mart ayında görüşür və böyrəyinin analizlərini vermək üçün Vahid Hacıyevlə birlikdə Bakıdakı «Siqma» Tibb Mərkəzinə gedirlər. Bundan sonra 2010-cu ilin iyun ayının 13-16 arası Günay İbrahimova ilə ASC rəhbəri görüşüblər». Zavod rəhbəri ona bildirib ki, əməliyyatdan sonra ona iki otaqlı mənzil və 15 min manat da pul verəcək. Tərəflər arasındakı razılığa əsasən 2010-cu ilin iyunun 22-də İranda böyrəkköçürmə əməliyyatı baş tutub. Əməliyyatdan sonra isə Vahid Hacıyev Günaya vəd etdiyi pulu ödəməkdən imtina edir. Günay İbrahimovanın anası Kifayət Abbasova deyir ki, zavod direktoru qızını aldadıb. Ona böyrəyini almaq müqabilində cəmi 3000 dollar pul ödəyib. Şikayətçinin anası deyir ki, qızının böyrəyini satmaq istəyi barədə yalnız o İrana yola düşəndə xəbər tutub. Qeyd edək ki, bu hadisədən sonra Günay İbrahimova rəsmi nigahda olduğu həyat yoldaşı Şahin Əsədovdan da ayrılmaq məcburiyyətində qalıb. Qəribədir ki, bu məsələnin ictimailəşməsinə baxmayaraq, ASC sədrinin barəsində heç bir tədbir görülməyib. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, məcburi köçkünün hüquqlarını pozan «Neftqazmaş» ASC-nin sədri Vahid Hacıyev Azərbaycanın ən imkanlı şəxslərindən biridir: «Onun rəhbərlik etdiyi müəssisənin illik gəliri milyonlarla ölçülür. Bu zavodda çalışan işçilərin bir çoxunun əmək hüquqları kobud şəkildə pozulur. Zavod rəhbərinin işçilərə qarşı münasibəti normal deyil. Vahid müəllim yalnız özünə yaxın olan işçilərlə mülayim rəftar edir, digərlərini isə heç bir səbəb olmadığı halda danlayır, incidir. Bu adam eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin şurasında təmsil olunur. Onu Şuraya icra başçısı Adil Vəliyev üzv qəbul edib. Başçı ilə zavod rəhbərinin münasibətləri çox yaxşıdır. Rayon rəhbəri bəzi məsələlərdə ASC sədrinə köməklik göstərir. Cəmiyyət sədri isə bu yaxşılıqların qarşılığında Sabunçu rayonu ərazisində bəzi abadlıq işlərini həyata keçirir. Məsələn, deyilənə görə, Sabunçu İcra Hakimiyyətinə gedən istiqamətdəki parkın təmirini Vahid Hacıyev şəxsi vəsaiti hesabına aparıb». «Neftqazmaş» ASC-nin sədri ilə bağlı başqa ittihamlar da var. Hələlik həmin məlumatları açıqlamaq istəmirik. Biz aidiyyəti dövlət qurumlarının rəsmilərindən zavod rəhbərinin adının birbaşa hallandığı orqan alveri ilə bağlı məsələni araşdırmalarını və lazımi tədbirlər görmələrini xahiş edirik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |