“Neftqazmaş” ASC-nin sədri ilə bağlı ittiham dolu faktlar - ŞİKAYƏT VAR
Tarix: 1-07-2016, 10:34 | Çap et
Vahid Hacıyev Günay İbrahimovaya bildirib ki, əməliyyatdan sonra ona iki otaqlı mənzil və 15 min manat da pul verəcək. Günay İbrahimovanın anası Kifayət Abbasova deyir ki, zavod direktoru qızını aldadıb. Ona böyrəyini almaq müqabilində cəmi 3000 dollar pul ödəyib.
Xatırlayırsınızsa, bir müddət əvvəl Sabunçu rayonunda yerləşən «Neftqazmaş» ASC-nin rəhbəri Vahid Hacıyevin adı orqan alverinə qarışmışdı. Belə ki, Qubadlı rayonundan məcburi köçkün düşən Günay İbrahimova mətbuata müraciət edərək bildirmişdi ki, həyat şəratinin ağırlığından, mənzilinin olmaması səbəbindən böyrəyini satmaq qərarına gəlib. Hətta bununla bağlı bir çox yerlərə müraciət edib.
Günay İbrahimovanın böyrəyinə alıcı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçilərinin vasitəçiliyi ilə tapılıb. Bundan sonra Günay İbrahimovanın qara günləri başlayıb. 2010-cu ildə «Neftqazmaş» Açıq Səhmdar Cəmiyyətinin sədri Vahid Hacıyev İran İslam Respublikasında «Obama» klinikasında böyrək dəyişdirmək üçün müraciət edir:
«Əvvəlcə ona böyrəyin tapılmasının mümkünlüyü bildirilsə də, sonradan klinikadan deyiblər ki, İranda yeni qanun qəbul edilib və donor Azərbaycandan olmalıdır. Bundan sonra Vahid Hacıyevə Qızıl Aypara Cəmiyyətindən telefon edərək donorun olduğunu bildirirlər. Günay İbrahimova da zavodun direktoru ilə 2010-cu ilin mart ayında görüşür və böyrəyinin analizlərini vermək üçün Vahid Hacıyevlə birlikdə Bakıdakı «Siqma» Tibb Mərkəzinə gedirlər. Bundan sonra 2010-cu ilin iyun ayının 13-16 arası Günay İbrahimova ilə ASC rəhbəri görüşüblər».
Zavod rəhbəri ona bildirib ki, əməliyyatdan sonra ona iki otaqlı mənzil və 15 min manat da pul verəcək. Tərəflər arasındakı razılığa əsasən 2010-cu ilin iyunun 22-də İranda böyrəkköçürmə əməliyyatı baş tutub. Əməliyyatdan sonra isə Vahid Hacıyev Günaya vəd etdiyi pulu ödəməkdən imtina edir.
Günay İbrahimovanın anası Kifayət Abbasova deyir ki, zavod direktoru qızını aldadıb. Ona böyrəyini almaq müqabilində cəmi 3000 dollar pul ödəyib. Şikayətçinin anası deyir ki, qızının böyrəyini satmaq istəyi barədə yalnız o İrana yola düşəndə xəbər tutub.
Qeyd edək ki, bu hadisədən sonra Günay İbrahimova rəsmi nigahda olduğu həyat yoldaşı Şahin Əsədovdan da ayrılmaq məcburiyyətində qalıb. Qəribədir ki, bu məsələnin ictimailəşməsinə baxmayaraq, ASC sədrinin barəsində heç bir tədbir görülməyib.
Gundelik-baku.com-a daxil olan məlumatlara görə, məcburi köçkünün hüquqlarını pozan «Neftqazmaş» ASC-nin sədri Vahid Hacıyev Azərbaycanın ən imkanlı şəxslərindən biridir:
«Onun rəhbərlik etdiyi müəssisənin illik gəliri milyonlarla ölçülür. Bu zavodda çalışan işçilərin bir çoxunun əmək hüquqları kobud şəkildə pozulur. Zavod rəhbərinin işçilərə qarşı münasibəti normal deyil. Vahid müəllim yalnız özünə yaxın olan işçilərlə mülayim rəftar edir, digərlərini isə heç bir səbəb olmadığı halda danlayır, incidir. Bu adam eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətinin şurasında təmsil olunur. Onu Şuraya icra başçısı Adil Vəliyev üzv qəbul edib. Başçı ilə zavod rəhbərinin münasibətləri çox yaxşıdır. Rayon rəhbəri bəzi məsələlərdə ASC sədrinə köməklik göstərir. Cəmiyyət sədri isə bu yaxşılıqların qarşılığında Sabunçu rayonu ərazisində bəzi abadlıq işlərini həyata keçirir. Məsələn, deyilənə görə, Sabunçu İcra Hakimiyyətinə gedən istiqamətdəki parkın təmirini Vahid Hacıyev şəxsi vəsaiti hesabına aparıb».
«Neftqazmaş» ASC-nin sədri ilə bağlı başqa ittihamlar da var. Hələlik həmin məlumatları açıqlamaq istəmirik. Biz aidiyyəti dövlət qurumlarının rəsmilərindən zavod rəhbərinin adının birbaşa hallandığı orqan alveri ilə bağlı məsələni araşdırmalarını və lazımi tədbirlər görmələrini xahiş edirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
|