Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Sentyabrda məhbuslar azadlığa buraxıla bilər”

“Sentyabrda məhbuslar azadlığa buraxıla bilər”


18-07-2017, 14:01
“Sentyabrda məhbuslar azadlığa buraxıla bilər”
“Sentyabrda Milli Məclis prezidentin azadlığın məhdudlaşdırılması ilə bağlı imzaladığı sərəncamı ratifikasiya etməlidir. Ondan sonra ağır cinayət törətməyən, cəzasının üçdə ikisini çəkmiş məhbusların hamısı azadlığa çıxa bilər”.

Bunu hafta.az-a açıqlamasında işçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlunun sözlərinə görə, bu addım həbsxanaların fəaliyyətinin yüngülləşdirilməsi məqsədi ilə atılacaq:

“Hələlik, belə bir söhbət gündəmdə var, darıxmaq lazım deyil. Gözləməliyik görək nə olur”.

Hüquq müdafiəçisi bildirib ki, hazırda işçi qrup istirahətdədir. Hələ ki, toplaşmaq haqda xəbər yoxdur:

“Qərara almışıq ki, avqust ayında toplanaq. Çoxlu ərizələr, məhbuslardan məktublar almışıq. Onları müzakirə edəcəyik. Ərizə verənlər arasında tanınmış məhbuslardan kimsə yoxdur”.

Geri qayıt