“Sentyabrda məhbuslar azadlığa buraxıla bilər” - AÇIQLAMA
Tarix: 18-07-2017, 14:01 |
Çap et
“Sentyabrda Milli Məclis prezidentin azadlığın məhdudlaşdırılması ilə bağlı imzaladığı sərəncamı ratifikasiya etməlidir. Ondan sonra ağır cinayət törətməyən, cəzasının üçdə ikisini çəkmiş məhbusların hamısı azadlığa çıxa bilər”.
Bunu hafta.az-a açıqlamasında işçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. N.Cəfəroğlunun sözlərinə görə, bu addım həbsxanaların fəaliyyətinin yüngülləşdirilməsi məqsədi ilə atılacaq:
“Hələlik, belə bir söhbət gündəmdə var, darıxmaq lazım deyil. Gözləməliyik görək nə olur”.
Hüquq müdafiəçisi bildirib ki, hazırda işçi qrup istirahətdədir. Hələ ki, toplaşmaq haqda xəbər yoxdur:
“Qərara almışıq ki, avqust ayında toplanaq. Çoxlu ərizələr, məhbuslardan məktublar almışıq. Onları müzakirə edəcəyik. Ərizə verənlər arasında tanınmış məhbuslardan kimsə yoxdur”.