Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şimaldan Azərbaycana üz tutan QARA BULUDLAR...
Şimaldan Azərbaycana üz tutan QARA BULUDLAR...30-01-2019, 12:30 |
Bu gün əksər ölkələrin, daha dəqiq desək, dünya hegemonluğuna iddialı olan dövlətlərin daimi dostları yox, daimi maraqları mövcuddur. Məhz elə bu səbəbdən də şimal qonşumuz Rusiyanın hazırda yeritməkdə olduğu siyasi kursun əsas qayəsi odur ki, Cənubi Qafqaz regionunu, o cümlədən keçmiş sovet ölkələrini öz təsiri altında saxlasın və müxtəlif diplomatik, eləcə də hərbi basqılarla region dövlətlərini özündən asılı vəziyyətə salsın. Keşmişə nəzər salsanız və bu gün cərəyan edən prosesləri düzgün analiz etsəniz, o zaman görərsiniz ki, Kreml öz maraqlarını heç ən yaxın müttəfiqlərinə belə, güzəştə getməyib və getməyəcək. Kreml Azərbaycanda daha da güclənməsi üçün hələ ki, altdan-altdan iş görür və qarşıya qoyduğu məqsədlərini "5-ci kolon"un vasitəsi ilə reallaşdırmağa çalışır Düzdür, rəsmi Moskva bu gün Azərbaycanda siyasətə birbaşa daxil olmasa da, bu heç də o demək deyil ki, Rusiyanın ölkəmizlə bağlı hansısa xüsusi planları yoxdur. Təbii ki, var. Sadəcə olaraq müəyyən səbəblər üzündən Kreml Azərbaycanda daha da güclənməsi üçün hələ ki, altdan-altdan iş görür və qarşıya qoyduğu məqsədlərini məhz nəzarətində olan "5-ci kolon"un vasitəsi ilə reallaşdırmağa çalışır. Bir sözlə, hazırda rəsmi Moskva öz maraqlarının qorunmasından ötrü əlindən gələni edir. Kremlin ölkəmizin əsasən şimal rayonlarında təsir gücünü daha da artırmaq məqsədilə bir sıra tədbirlərə baş vurması bunu bariz sübutu kimi qiymətləndirilməlidir. Məsələn, artıq heç kimə sirr deyil ki, Rusiya ara-sıra Azərbaycanda etnik separatizmi qızışdırmaq üçün şimal rayonlarımızda müəyyən təbliğat işləri görür, eyni zamanda rəsmi Bakıya əzələ nümayiş etdirmək məqsədiylə vaxtaşırı ölkəmizin şimal sərhədinə hərbi təlim adıyla qoşun toplayır. Hələ bu, azmış kimi, bir müddət öncə Azərbaycanın şimal rayonlarının sakinlərinə Rusiya pasportlarının verilməsinə də başlanılıb. Ölkənin şimal bölgəsində yaşayan vətəndaşların bir qismi məişətdə, eləcə də çalışdıqları sahə üzrə Azərbaycanda dilində deyil, rus dilində danışırlar Ümumiyyətlə, diqqət yetirsəniz görərsiniz ki, bu gün ölkənin şimal bölgəsində dövlət dili olan Azərbaycan dilini bilənlərin sayı arzuolunan səviyyədə deyil. Yəni həmin bölgədə yaşayan vətəndaşların bir qismi məhz Rusiyanın təsiri ilə məişətdə, eləcə də çalışdıqları sahə üzrə Azərbaycanda dilində deyil, rus dilində danışırlar. Halbuki Konstitusiyanın 21-ci maddəsinin birinci hissəsində birmənalı şəkildə qeyd olunub ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. O cümələdən, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda göstərilir ki, dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. Lakin buna rəğmən, şimal bölgəsinin sakinlərinin bir hissəsi hələ də yaşadıqları və vətəndaşı olduqları ölkənin dövlət dilində danışmağa maraq göstərmirlər. Söz yox ki, bütün bunlar Kremlin məkrli planlarının, alt-altdan apardığı siyasətin acı nəticələrindən biridir. Rusiya qəzetlərinin makulatura adıyla ölkəyə daxil olunması xaricə kütləvi valtuya axınına, ölkə iqtisadiyyatına və sahibkarlara ağır zərbə vurulmasına səbəb olur Yeri gəlmişkən, əldə etdiyimiz məlumatlara görə, son zamanlar Rusiya Federasiyasının Dağıstan Respublikasından ölkəmizə rus qəzetlərinin kütləvi axını müşahidə olunmaqdadır. Bu barədə "Hürriyyət"i bilgiləndirən mənbə qeyd edir ki, Rusiya qəzetləri Azərbaycanın şimal sərhədindəki gömrük postundan makulatura adı altında daxil olur. Bildiyiniz kimi, istifadə olunmuş kağızın yenidən istehsalı makulatura adlanır. Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 24 aprel tarixli 90 saylı qərarına əsasən, oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları, o cümlədən makulatura ölkəyə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunmur. Məhz elə bu səbəbdən də Rusiya qəzetlərini Azərbaycana gətirən şəxslər həmin malların gömrük idxal rüsumuna cəlb olunmaması məqsədiylə bu yola baş vurur, yəni qəzetləri makulatura adı altında ölkəyə daxil edirlər. Mümkündür ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin bu prosesdən xəbəri olmasın. Lakin ümid edirik ki, məhz bu yazıdan sonra Dövlət Gömrük Komitəsinin sədri sözügedən məsələnin obyektiv şəkildə araşdırılması, Rusiya qəzetlərinin gömrük rüsumundan yayındırılması məqsədiylə makulatura adı altında ölkəyə daxil olmasına şərait yaradan şəxslərin cəzalandırılması ilə bağlı müvafiq göstəriş verəcək. Çünki yaşanan olay ölkənin iqtisadi və milli maraqlarına ciddi zərbə vurur. Belə ki, Rusiyadan tonlarla qəzet alıb onu makulatura pərdəsiylə ölkəyə daxil edən işbazlar bu yolla Azərbaycandan xaricə kütləvi valtuya axınına səbəb olurlar. Eyni zamanda, həmin işbazlar bu kimi əməlləri ilə kağız və karton tullantıları, o cümlədən makulatura ticarəti ilə məşğul olan yerli iş adamlarının normal fəaliyyət göstərmələrinə əngəl yaradır, onların biznesinin ciddi ziyan görməsinə səbəb olurlar. Bu isə öz növbəsində, ölkə iqtisadiyyatına, yerli sahibkarlara vurulan ağır zərbə kimi dəyərləndirilməlidir. Məhz elə buna görə də çıxışlarında daim həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bəyan edən general-leytenant Səfər Mehdiyev Rusiya qəzetləri ilə bağlı yaşanan olayı dərhal araşdırmalıdır. Böyük ehtimalla, həmin qəzetlərdə ölkəmizin maraqlarına zidd, Kremlin isə həm iqtisadi mənfəətinə, həm də geopolitik çıxarlarına xidmət edən məqalələr, analitik yazılar öz əksini tapıb Onu da qeyd edək ki, burada bizi narahat edən əsas problem ondan ibarətdir ki, gömrük idxal rüsumuna cəlb olunmadan Azərbaycana daxil olan Rusiya qəzetləri əsasən ölkənin şimal rayonlarında paylanılır. Bir qədər öncə bildirdiyimiz kimi, məhz həmin bölgə daim Rusiyanın maraq dairəsində olub. Bu səbəbdən də Moskva əlinə düşən hər fürsətdə ölkəmizin şimal rayonlarında təsir gücünü daha da artırmağa çalışır. Rus qəzetlərinin Azərbaycanın məhz şimal bölgəsində yayılması da bu istiqamətdə atılan növbəti addımlardan biridir. Böyük ehtimalla, həmin qəzetlərdə ölkəmizin maraqlarına zidd, Kremlin isə həm iqtisadi mənfəətinə, həm də geopolitik çıxarlarına xidmət edən məqalələr, analitik yazılar öz əksini tapıb. Görünür, elə bu səbəbdəndir ki, son zamanlar Azərbaycanın şimal rayonlarında Rusiyaya meyllənmə prosesi bir qədər də sürətlənib. Bu istiqamətdə apardığımız araşdırmaların nəticəsi olaraq, deyə bilərik ki, sözügedən bölgənin bir sıra sadə vətəndaşları ilə yanaşı, artıq bəzi siyasilər, partiya funksionerləri arasında da "Azərbaycan Rusiyanın dəstəyi olmadan çətin vəziyyətdə qala bilər və bu, ölkənin maraqlarına cavab vermir" tezisinə bənzər ifadələrə rast gəlmək mümkündür. Söz yox ki, ölkədəki, həmçinin kənardan prosesləri izləyən, əlverişli məqamda müdaxilə etməyə hazır olan bəzi maraqlı qüvvələr, daha dəqiq desək, Rusiyanın nəzarətində olan "5-ci kolon"un fəalları məhz bu cür rəyin formalaşdırılması istiqamətində əllərində olan imkanlardan gen-bol istifadə etməyə çalışırlar. Onlar elə zənn edirlər ki, rəsmi Bakı təxminən, 2 milyona yaxın həmyerlimizin dolanışıq üçün üz tutduğu Rusiyanın bəzən dolayısı, bəzən isə açıq-aşkar təhdidlərindən və ölkənin siyasi mühitindəki təsir imkanlarının böyüklüyündən ehtiyatlanaraq bir sıra mühüm məsələlərdə milli maraqları nəzərə almadan geri addım atmaq məcburiyyətində qalacaq. Lakin bu düşüncədə olanlar böyük yanlışlığa yol verirlər. Çünki ölkə başçısı İlham Əliyev bir neçə gün öncə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "RİA Novosti"yə verdiyi açıqlamasıyla bununla bağlı formalaşmış bütün fikirləri tamamilə alt-üst etdi. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələyə nöqtə qoyan prezident bəyan etdi ki, Azərbaycanın KTMT-yə üzvlüyü və ya təşkilatda müşahidəçi statusu məsələsi gündəmdə deyil: "Biz Rusiya silahlarının ən iri alıcılarındanıq. Ötən illərdə imzalanan bəzi müqavilələr hələ reallaşma mərhələsindədir. Daha doğrusu, biz hələ hamısını əldə etməmişik, lakin böyük hissəsini almışıq. Bu səbəbdən də, hər iki tərəf bu cür əməkdaşlığın davamına ümid edir. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq və ya müşahidəçi statusu daşıması məsələsi isə hələ qarşıya qoyulmayıb. Bu məsələ hələ müzakirə mərhələsində deyil". Ötən saylarımızda qeyd etdiyimiz kimi, ölkə başçısının məhz bu açıqlaması Rusiyanın "5-ci kolonu"na endirilən növbəti sarsıdıcı zərbə kimi qiymətləndirilməlidir. Çünki Kreml artıq bir müddətdir ki, Azərbaycanı, sırf özünün maraqlarını təmin etmək məqsədiylə yaratmış olduğu KTMT-yə üzv etməyə çalışır. Ölkə başçısının məlum açıqlaması isə artıq bu mövzunun üzərindən qalın qara xəttin çəkilməsinə səbəb olacaq. Görünən odur ki, Moskva bununla barışmadığından nəzarətində olan "5-ci kolon"un xidmətlərindən yararlanaraq Rusiya qəzetlərinin gömrük idxal rüsumuna cəlb olunmadan, makulatura adı altında Azərbaycanın şimal bölgəsinə daxil olmasına başlayıb. Və bu yolla həmin ərazilərdə mövqeyinin möhkəmlənməsinə, maraqlarının təmin olunmasına can atır. Məhz elə bu səbəbdən də Dövlət Gömrük Komitəsi ilə yanaşı, ölkənin güc strukturları, həmçinin xüsusi xidmət orqanları sözügedən məsələni ciddi nəzarətə götürməlidirlər. "Hürriyyət"in Araşdırma Qrupu Geri qayıt |