Şimaldan Azərbaycana üz tutan QARA BULUDLAR... - Ölkəmizə qarşı TƏXRİBAT PLANI
Tarix: 30-01-2019, 12:30 | Çap et
Bu gün əksər ölkələrin, daha dəqiq desək, dünya hegemonluğuna iddialı olan dövlətlərin daimi dostları yox, daimi maraqları mövcuddur. Məhz elə bu səbəbdən də şimal qonşumuz Rusiyanın hazırda yeritməkdə olduğu siyasi kursun əsas qayəsi odur ki, Cənubi Qafqaz regionunu, o cümlədən keçmiş sovet ölkələrini öz təsiri altında saxlasın və müxtəlif diplomatik, eləcə də hərbi basqılarla region dövlətlərini özündən asılı vəziyyətə salsın. Keşmişə nəzər salsanız və bu gün cərəyan edən prosesləri düzgün analiz etsəniz, o zaman görərsiniz ki, Kreml öz maraqlarını heç ən yaxın müttəfiqlərinə belə, güzəştə getməyib və getməyəcək.
Kreml Azərbaycanda daha da güclənməsi üçün hələ ki, altdan-altdan iş görür və qarşıya qoyduğu məqsədlərini "5-ci kolon"un vasitəsi ilə reallaşdırmağa çalışır
Düzdür, rəsmi Moskva bu gün Azərbaycanda siyasətə birbaşa daxil olmasa da, bu heç də o demək deyil ki, Rusiyanın ölkəmizlə bağlı hansısa xüsusi planları yoxdur. Təbii ki, var. Sadəcə olaraq müəyyən səbəblər üzündən Kreml Azərbaycanda daha da güclənməsi üçün hələ ki, altdan-altdan iş görür və qarşıya qoyduğu məqsədlərini məhz nəzarətində olan "5-ci kolon"un vasitəsi ilə reallaşdırmağa çalışır. Bir sözlə, hazırda rəsmi Moskva öz maraqlarının qorunmasından ötrü əlindən gələni edir. Kremlin ölkəmizin əsasən şimal rayonlarında təsir gücünü daha da artırmaq məqsədilə bir sıra tədbirlərə baş vurması bunu bariz sübutu kimi qiymətləndirilməlidir. Məsələn, artıq heç kimə sirr deyil ki, Rusiya ara-sıra Azərbaycanda etnik separatizmi qızışdırmaq üçün şimal rayonlarımızda müəyyən təbliğat işləri görür, eyni zamanda rəsmi Bakıya əzələ nümayiş etdirmək məqsədiylə vaxtaşırı ölkəmizin şimal sərhədinə hərbi təlim adıyla qoşun toplayır. Hələ bu, azmış kimi, bir müddət öncə Azərbaycanın şimal rayonlarının sakinlərinə Rusiya pasportlarının verilməsinə də başlanılıb.
Ölkənin şimal bölgəsində yaşayan vətəndaşların bir qismi məişətdə, eləcə də çalışdıqları sahə üzrə Azərbaycanda dilində deyil, rus dilində danışırlar
Ümumiyyətlə, diqqət yetirsəniz görərsiniz ki, bu gün ölkənin şimal bölgəsində dövlət dili olan Azərbaycan dilini bilənlərin sayı arzuolunan səviyyədə deyil. Yəni həmin bölgədə yaşayan vətəndaşların bir qismi məhz Rusiyanın təsiri ilə məişətdə, eləcə də çalışdıqları sahə üzrə Azərbaycanda dilində deyil, rus dilində danışırlar.
Halbuki Konstitusiyanın 21-ci maddəsinin birinci hissəsində birmənalı şəkildə qeyd olunub ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. O cümələdən, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunda göstərilir ki, dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. Lakin buna rəğmən, şimal bölgəsinin sakinlərinin bir hissəsi hələ də yaşadıqları və vətəndaşı olduqları ölkənin dövlət dilində danışmağa maraq göstərmirlər. Söz yox ki, bütün bunlar Kremlin məkrli planlarının, alt-altdan apardığı siyasətin acı nəticələrindən biridir.
Rusiya qəzetlərinin makulatura adıyla ölkəyə daxil olunması xaricə kütləvi valtuya axınına, ölkə iqtisadiyyatına və sahibkarlara ağır zərbə vurulmasına səbəb olur
Yeri gəlmişkən, əldə etdiyimiz məlumatlara görə, son zamanlar Rusiya Federasiyasının Dağıstan Respublikasından ölkəmizə rus qəzetlərinin kütləvi axını müşahidə olunmaqdadır. Bu barədə "Hürriyyət"i bilgiləndirən mənbə qeyd edir ki, Rusiya qəzetləri Azərbaycanın şimal sərhədindəki gömrük postundan makulatura adı altında daxil olur. Bildiyiniz kimi, istifadə olunmuş kağızın yenidən istehsalı makulatura adlanır. Onu da nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 24 aprel tarixli 90 saylı qərarına əsasən, oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları, o cümlədən makulatura ölkəyə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunmur. Məhz elə bu səbəbdən də Rusiya qəzetlərini Azərbaycana gətirən şəxslər həmin malların gömrük idxal rüsumuna cəlb olunmaması məqsədiylə bu yola baş vurur, yəni qəzetləri makulatura adı altında ölkəyə daxil edirlər. Mümkündür ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin bu prosesdən xəbəri olmasın. Lakin ümid edirik ki, məhz bu yazıdan sonra Dövlət Gömrük Komitəsinin sədri sözügedən məsələnin obyektiv şəkildə araşdırılması, Rusiya qəzetlərinin gömrük rüsumundan yayındırılması məqsədiylə makulatura adı altında ölkəyə daxil olmasına şərait yaradan şəxslərin cəzalandırılması ilə bağlı müvafiq göstəriş verəcək. Çünki yaşanan olay ölkənin iqtisadi və milli maraqlarına ciddi zərbə vurur. Belə ki, Rusiyadan tonlarla qəzet alıb onu makulatura pərdəsiylə ölkəyə daxil edən işbazlar bu yolla Azərbaycandan xaricə kütləvi valtuya axınına səbəb olurlar. Eyni zamanda, həmin işbazlar bu kimi əməlləri ilə kağız və karton tullantıları, o cümlədən makulatura ticarəti ilə məşğul olan yerli iş adamlarının normal fəaliyyət göstərmələrinə əngəl yaradır, onların biznesinin ciddi ziyan görməsinə səbəb olurlar. Bu isə öz növbəsində, ölkə iqtisadiyyatına, yerli sahibkarlara vurulan ağır zərbə kimi dəyərləndirilməlidir. Məhz elə buna görə də çıxışlarında daim həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bəyan edən general-leytenant Səfər Mehdiyev Rusiya qəzetləri ilə bağlı yaşanan olayı dərhal araşdırmalıdır.
Böyük ehtimalla, həmin qəzetlərdə ölkəmizin maraqlarına zidd, Kremlin isə həm iqtisadi mənfəətinə, həm də geopolitik çıxarlarına xidmət edən məqalələr, analitik yazılar öz əksini tapıb
Onu da qeyd edək ki, burada bizi narahat edən əsas problem ondan ibarətdir ki, gömrük idxal rüsumuna cəlb olunmadan Azərbaycana daxil olan Rusiya qəzetləri əsasən ölkənin şimal rayonlarında paylanılır. Bir qədər öncə bildirdiyimiz kimi, məhz həmin bölgə daim Rusiyanın maraq dairəsində olub. Bu səbəbdən də Moskva əlinə düşən hər fürsətdə ölkəmizin şimal rayonlarında təsir gücünü daha da artırmağa çalışır. Rus qəzetlərinin Azərbaycanın məhz şimal bölgəsində yayılması da bu istiqamətdə atılan növbəti addımlardan biridir. Böyük ehtimalla, həmin qəzetlərdə ölkəmizin maraqlarına zidd, Kremlin isə həm iqtisadi mənfəətinə, həm də geopolitik çıxarlarına xidmət edən məqalələr, analitik yazılar öz əksini tapıb. Görünür, elə bu səbəbdəndir ki, son zamanlar Azərbaycanın şimal rayonlarında Rusiyaya meyllənmə prosesi bir qədər də sürətlənib. Bu istiqamətdə apardığımız araşdırmaların nəticəsi olaraq, deyə bilərik ki, sözügedən bölgənin bir sıra sadə vətəndaşları ilə yanaşı, artıq bəzi siyasilər, partiya funksionerləri arasında da "Azərbaycan Rusiyanın dəstəyi olmadan çətin vəziyyətdə qala bilər və bu, ölkənin maraqlarına cavab vermir" tezisinə bənzər ifadələrə rast gəlmək mümkündür. Söz yox ki, ölkədəki, həmçinin kənardan prosesləri izləyən, əlverişli məqamda müdaxilə etməyə hazır olan bəzi maraqlı qüvvələr, daha dəqiq desək, Rusiyanın nəzarətində olan "5-ci kolon"un fəalları məhz bu cür rəyin formalaşdırılması istiqamətində əllərində olan imkanlardan gen-bol istifadə etməyə çalışırlar. Onlar elə zənn edirlər ki, rəsmi Bakı təxminən, 2 milyona yaxın həmyerlimizin dolanışıq üçün üz tutduğu Rusiyanın bəzən dolayısı, bəzən isə açıq-aşkar təhdidlərindən və ölkənin siyasi mühitindəki təsir imkanlarının böyüklüyündən ehtiyatlanaraq bir sıra mühüm məsələlərdə milli maraqları nəzərə almadan geri addım atmaq məcburiyyətində qalacaq. Lakin bu düşüncədə olanlar böyük yanlışlığa yol verirlər. Çünki ölkə başçısı İlham Əliyev bir neçə gün öncə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "RİA Novosti"yə verdiyi açıqlamasıyla bununla bağlı formalaşmış bütün fikirləri tamamilə alt-üst etdi. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələyə nöqtə qoyan prezident bəyan etdi ki, Azərbaycanın KTMT-yə üzvlüyü və ya təşkilatda müşahidəçi statusu məsələsi gündəmdə deyil: "Biz Rusiya silahlarının ən iri alıcılarındanıq. Ötən illərdə imzalanan bəzi müqavilələr hələ reallaşma mərhələsindədir. Daha doğrusu, biz hələ hamısını əldə etməmişik, lakin böyük hissəsini almışıq. Bu səbəbdən də, hər iki tərəf bu cür əməkdaşlığın davamına ümid edir. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq və ya müşahidəçi statusu daşıması məsələsi isə hələ qarşıya qoyulmayıb. Bu məsələ hələ müzakirə mərhələsində deyil". Ötən saylarımızda qeyd etdiyimiz kimi, ölkə başçısının məhz bu açıqlaması Rusiyanın "5-ci kolonu"na endirilən növbəti sarsıdıcı zərbə kimi qiymətləndirilməlidir. Çünki Kreml artıq bir müddətdir ki, Azərbaycanı, sırf özünün maraqlarını təmin etmək məqsədiylə yaratmış olduğu KTMT-yə üzv etməyə çalışır. Ölkə başçısının məlum açıqlaması isə artıq bu mövzunun üzərindən qalın qara xəttin çəkilməsinə səbəb olacaq. Görünən odur ki, Moskva bununla barışmadığından nəzarətində olan "5-ci kolon"un xidmətlərindən yararlanaraq Rusiya qəzetlərinin gömrük idxal rüsumuna cəlb olunmadan, makulatura adı altında Azərbaycanın şimal bölgəsinə daxil olmasına başlayıb. Və bu yolla həmin ərazilərdə mövqeyinin möhkəmlənməsinə, maraqlarının təmin olunmasına can atır. Məhz elə bu səbəbdən də Dövlət Gömrük Komitəsi ilə yanaşı, ölkənin güc strukturları, həmçinin xüsusi xidmət orqanları sözügedən məsələni ciddi nəzarətə götürməlidirlər.
"Hürriyyət"in Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
|