Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vətəndaş “Leo Bank” MƏNGƏNƏSİNDƏ...

Vətəndaş “Leo Bank” MƏNGƏNƏSİNDƏ...


20-06-2024, 11:00
Vətəndaş “Leo Bank” MƏNGƏNƏSİNDƏ...
"Leobank" müştərisinin nağlaşdırmaq istədiyi pul kartdan silinsə də, ATM-dən çıxmayıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən hadisə ilə "Leo" kart istifadəçisi Günay Əliyeva üzləşib.

Onun sözlərinə görə, "Unibank"ın ATM-indən (Leo kart ilə) pul nağdlaşdıran zaman kartdan 1240 manat silinib, lakin bankomat həmin məbləği müştəriyə təqdim etməyib.

Müştəri üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı *7773 ə zəng edib müraciət etsə, bankın əməkdaşları yalnız 7 iş günü ərzində geri dönüş edə biləcəklərini söyləyiblər.

"Unibank" ümumiyyətlə deyir ki, biz "Leobank"a görə məsuliyyət daşımırıq. "Leobanka"la da ikinci dəfə əlaqə saxlayanda mənə tutarlı bir cavab vermirlər", o əlavə edib.

Digər müştərilərin "Leobank"a ünvanladığı müraciətlərdən sonra, bank nəhayət məsələ ilə bağlı sorğunun qeydə alındığını və mütəxəssislər tərəfindən qeyd olunan problemin həlli ilə bağlı iş aparıldığını açıqlayıb.

Geri qayıt