Vətəndaş “Leo Bank” MƏNGƏNƏSİNDƏ... - "Unibank" da məsuliyyətdən qaçır...
Tarix: 20-06-2024, 11:00 |
Çap et
"Leobank" müştərisinin nağlaşdırmaq istədiyi pul kartdan silinsə də, ATM-dən çıxmayıb.
İqtisadiyyat.az xəbər verir ki, sözügedən hadisə ilə "Leo" kart istifadəçisi Günay Əliyeva üzləşib.
Onun sözlərinə görə, "Unibank"ın ATM-indən (Leo kart ilə) pul nağdlaşdıran zaman kartdan 1240 manat silinib, lakin bankomat həmin məbləği müştəriyə təqdim etməyib.
Müştəri üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı *7773 ə zəng edib müraciət etsə, bankın əməkdaşları yalnız 7 iş günü ərzində geri dönüş edə biləcəklərini söyləyiblər.
"Unibank" ümumiyyətlə deyir ki, biz "Leobank"a görə məsuliyyət daşımırıq. "Leobanka"la da ikinci dəfə əlaqə saxlayanda mənə tutarlı bir cavab vermirlər", o əlavə edib.
Digər müştərilərin "Leobank"a ünvanladığı müraciətlərdən sonra, bank nəhayət məsələ ilə bağlı sorğunun qeydə alındığını və mütəxəssislər tərəfindən qeyd olunan problemin həlli ilə bağlı iş aparıldığını açıqlayıb.