Əsas Səhifə > Güney Press, Reklam > AZAL-dan XÜSUSİ AÇIQLAMA
AZAL-dan XÜSUSİ AÇIQLAMA10-07-2024, 16:07 |
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədəı Dia-az.İnfo-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir. Təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib. Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər. AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir. Geri qayıt |