AZAL-dan XÜSUSİ AÇIQLAMA - Əgər sərnişinlər istəyərsə...
Tarix: 10-07-2024, 16:07 |
Çap et
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-075 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsinin kapitanı texniki səbəblərə görə (kondisioner sistemində yaranmış problem) uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barədəı Dia-az.İnfo-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Təyyarə 16:04-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri başqa təyyarə ilə İstanbula yola düşəcəklər.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
AZAL yaranmış narahatlığa görə reysin sərnişinlərindən üzr istəyir.