KƏMALƏDDİN HEYDƏROV ÜSYAN AB-HAVASINI YATIRDI
Tarix: 23-07-2012, 13:44 |
Çap et
NAZİR DİA.AZ-DAKI ŞİKAYƏTİ DİNLƏDİ
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, may aynın 7-də baş verən zəlzələnin ardından yaranmış çətin şəraitlə əlaqədar bir qrupp Zaqatala sakini redaksiyamıza şikayət məktubu ilə müraciət ediblər. Onların narazılıqları zəlzələnin fəsadlarının aradan qaldırılması işinin ləng aparılması ilə bağlı idi.
DİA.AZ olaraq məlumatımızda o da qeyd olunurdu ki, əgər bu şəkildə vəziyyət davam edərsə, o zaman zaqatalalılar fövqəladə hallar nazirliyinin binası qarşısında aksiya keçirməli olacaqlar. İndi isə aydın olur ki, Zaqatala sakinlərinin etiraz etmələri üçün əsas qalmayıb. Çünki artıq fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən sözügedən rayona səfər edib.
Məlumatlarda deyilir ki, nazir zəlzələdən zərər çəkmiş Qax, Zaqatala və Balakən rayonlarının kəndlərində olub, yerli sakinlərlə görüşərək, onların problemləri ilə yerindəcə tanış olub.
Hər halda, Kəmaləddin Heydərov bu addımı ilə bir nümunə də ortaya qoymuş oldu. Yəni problem varsa, o, dinlənilməlidir, tədbir görülməlidir.