ŞƏNBƏ GÜNÜ ŞAİRLƏRLƏ GÖRÜŞDÜR
Tarix: 26-07-2012, 13:50 |
Çap et
TƏBRİZ KONSULLUĞUNDAN BELƏ DEYİLİB
3 aya yaxındır İranda saxlanan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin ailələri ilə görüşəcəkləri tarix məlum olub. Bu barədə ANS-ə Şəhriyar Hacızadənin atası Mayıl Hacızadə məlumat verib: “Azərbaycanın Təbriz konsulluğunun köməkliyi nəticəsində bizə görüş verilib. Planlaşdırırıq ki sabah yola düşək. Sabah cümə günü İran İslam Respublikasında iş günü deyil. Biz sabah yola çıxaq, birigün ora çataq ki bizim konsul da uşaqlarla görüşü təşkil etsin. Bizim ordaki diplomatlarımız böyük iş görüblər. Xarici İşlər Nazirliyinə və bizim İran səfirinə çox minnətdaram ”.
Qeyd edək ki, sabah İranın Xarici İşlər nazirinin müavini Səid Abbas Arakçinin Bakıya səfəri gözlənilir. Bu səfər zamanı da əsas müzakirə mövzusunun Azərbaycan vətəndaşlarının azad edilməsi olacağı bildirilir.