İRANLI DİPLOMAT BAKIYA GƏLMƏDİ
Tarix: 27-07-2012, 12:12 |
Çap et
ARAKÇININ SƏFƏRİ NİYƏ TƏXİRƏ SALINDI?
İran xarici işlər nazirinin müavini Səid Abbas Arakçının Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.
APA-nın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında faktı təsdiqləyib.
E. Abdullayevin sözlərinə görə, səfərin təxirə salınması İran xarici işlər nazirinin müavininin gərgin iş qrafiki ilə bağlıdır.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavininin səfəri bu günə planlaşdırılmışdı.