SAXTA TÜRK POLİSİ HƏMYERLİMİZİ SOYUB
Tarix: 28-07-2012, 12:49 |
Çap et
AZƏRBAYCANLI QADIN TALAN EDİLİB
Türkiyənin İstanbul şəhərindəki mənzilində tənha yaşayan 50 yaşlı, adı açıqlanmayan azərbaycanlı qadın soyulub.
APA-nın “DHA”ya istinadən verdiyi məlumata görə, qadın hadisə ilə bağlı yerli polis orqanına müraciət edib. O, özünü polis kimi təqdim edən şəxslər tərəfindən soyulduğunu bildirib: “Əllərində ratsiya və qandallar olan dörd nəfər mənzilimdə axtarış aparacağını bildirdi. Evin hər tərəfini axtardılar, tapdıqları 8,5 min lirə və boyunbağımı aparıb getdilər. Sonra da telefonla zəng vuraraq daha 14 min lirə istədilər”. Qadının təsvir etdiyi dörd nəfər tutulub və onlar ədliyyə orqanlarına təhvil verilib.