NAMİQ QARAÇUXURLU YERLİLƏRİNDƏN QAÇIR
Tarix: 29-07-2012, 12:56 |
Çap et
O, YAXŞICA QARALIB
Məşhur müğənni və meyxanaçı Namiq Qaraçuxurlu istirahətdən qayıdıb.
Türkiyədə dincələn musiqiçi sərbəstliyinin dadını çıxarıb. Özü Milli.az-a bildirib ki, Türkiyədə azərbaycanlıların az olduğu bir məkanda dincəlib:
"Buranı ora görə seçdim ki, rahat dincələ bilim. Bəzən elə bir insanla qarşılaşıram ki, xarakteri ilə səni bezdirə bilir. Yaxud rahatlığını əlindən alır. Tanınan biri olduğum üçün insanların marağına hörmətlə yanaşıram. Amma özüm üçün ayırdığım vaxtı səmərəli keçirmək istədim və seçim etdiyim məkan mənə bu imkanı qazandırdı", - deyən musiqiçi Bakıya dərisini qaraldaraq dönüb. Yaxşıca qaraldığını deyən meyxanaçı səfərlərdə qarderobuna da vaxt ayırdığını diqqətə çatdırdı. Öyrəndik ki, onun diqqətini daha çox köynəklər çəkir.
N.Qaraçuxurlu dincələn vaxtlarda yaradıcılığa da biganə qalmır. Deyir ki, bu dəfə yeni mahnılarından birinə dəyişiklik edib.
""Vətən" adlı mahnıma dəyişiklik etdim", - deyə o bildirdi.