"BİLƏNDƏ Kİ, ONLAR BARIŞIBLAR, ÇOX SEVİNDİM”
Tarix: 31-07-2012, 13:51 |
Çap et
“MƏN BUNUN ŞAHİDİ OLMUŞAM”
Tanınmış müğənnilər Röya Ayxan və Sevda Yahyayeva, axır ki, barışıblar.
Day.Az saytı xəbər verir ki, bu barədə müğənni Zamiq "ATV-Maqazin" proqramına açıqlamasında bildirib.
"Biləndə ki, Röya ilə Sevda barışıblar, çox sevindim. Mən bunun şahidi olmuşam. Bu günlərdə tədbirlərin birində onlar bir-biri ilə görüşdülər. Özlərini normal aparırdılar. Bu yaxşıdır, çünki biz hamımız dostuq", - o əlavə edib.