“HEÇ VAXT ÖZ KEÇMİŞİMİ İNKAR ETMƏMİŞƏM”
Tarix: 1-08-2012, 13:15 |
Çap et
“MƏNİM ÇƏTİN HƏYATIM OLUB”
Müğənni Sevda Yahyayeva ATV telekanalında yayımlanan “10lar” verilişinin qonağı olub.
Day.Az xəbər verir ki, müğənni verilişin çaşdırıcı suallarına cavab verib.
Aparıcı ona necə məşhur olmağı haqqında sual verib və bu məşhurlaşmanın hansı nağılın süjet xəttinə bənzədiyini soruşub. Sevda isə həmin sualı belə cavablandırıb:
“Bu, qızıl balıq haqqında nağıla bənzəyir. Heç vaxt öz keçmişimi inkar etməmişəm. Mənim çətin həyatım olub. Hətta indi mənə elə gəlir ki, daha da çətin həyat tərzi sürənlər var”, - o əlavə edib.
Müğənni deyib ki, onun tapdığı qızıl balıq tamaşaçıların sevgisidir.