İMİŞLİNİN İCRA BAŞÇISINDAN "CANIYANANLIQ"
Tarix: 3-08-2012, 12:07 | Çap et
"VİLYAM HACIYEVƏ XAHİŞƏ GETDİM, MƏNƏ İKİ ŞAM AĞACI GÖNDƏRDİ"
2010-cu ilin Kür və Araz daşqınlarından evi yararsız hala düşən İmişli rayonunun Rəsullu kənd sakini İndirə Ağayeva redaksiyamıza müraciət edib. Ötən gün redaksiyamızda olan İ.Ağayeva bildirdi ki, 2 ildir evinin yenidən tikiləcəyini gözləyir. Elə bu gözləməklə də o, 9 nəfərdən ibarət ailə üzvü ilə birgə iki ildir kənd yaxınlığındakı fermaya sığınıb. Şikayətçi deyir ki, Fövqəladə Hallar Nazirliyinin sahə komissiyası evlə bağlı akt tərtib edib. Sənəddə evin yaşayış üçün yararsız olduğu göstərilsə də, nədənsə, ev tikintisi ilə bağlı addım atılmadı.
"Fermada yaşayırıq"
İ.Ağayeva deyir ki, evləri uçub-dağılıb, özü isə Bakı ilə İmişli arasında yollarda qalıb, şikayətinə baxan yoxdur. İ.Ağayeva qəzalı vəziyyətdə olan evi ilə bağlı Şəhidlər Xiyabanını ziyarətə gələn dövlət başçısı ilə görüşməyə cəhd edib. Dediyinə görə, mühafizəçilər onu dərhal ərazidən uzaqlaşdırıblar, ancaq şikayət ərizəsini götürüblər: "Ötən ilin may ayında Şəhidlər Xiyabanında cənab Prezident İlham Əliyevlə görüşməyimə imkan verməsələr də, şikayət ərizəmi mühafizəçilər aldılar. Bir müddətdən sonra məni İmişli rayon İcra Hakimiyyətinə çağırdılar. Dedilər ki, bizdən dövlət başçısına şikayət ərizəsi yazmısan, bu nə məsələdir? Dedim, nə olacaq, daşqından kənddə ən çox zərərçəkənlərdən biri bizim ailədir, amma bir ev nədi, onu tikib bizə vermirsiniz ki, adam kimi yaşayaq. Evdir, uçub, yazıblar ki, bərpa olunsun. Uçan ev necə bərpa oluna bilər? Başa düşə bilmirəm. Dedilər, komissiya gələndə evimi yenidən göstərəcəklər. Ancaq komissiyanı da gətirmədilər, özüm komissiyanı məcbur şəkildə gətirib evimi göstərdim. Komissiyanın üzvləri evimi görəndə dəhşətə gəldilər ki, yazıq camaat, gör nə gündə yaşayır?! Dedilər ki, sizə mütləq ev tikiləcək".
"Ev tikilməsi qərarı təmir qərarı ilə əvəzləndi"
Ancaq il yarım komissiyadan səs-soraq çıxmadığını deyən İ.Ağayevanın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət etdikdən sonra ev tikilməsi qərarı təmir qərarı ilə əvəzlənib. "Bundan sonra müraciətlərimə gələn cavab məktublarında daşqınla əlaqədar baş vermiş fəlakət nəticəsində rayon ərazisində ziyan çəkmiş evlərə Fövqəladə Hallar Nazirliyinin sahə komissiyaları tərəfindən baxış keçirildiyi və müvafiq aktlar tərtib edildiyi qeyd edilirdi. Guya ki, həmin aktlara əsasən, mənim evim təmirə ehtiyacı olan evlər siyahısına daxil edilib. Bununla əlaqədar həyətyanı sahəmizə və ev əşyalarımıza dəymiş ziyana görə bizə 1600 manat maddi yardım göstərildi. Etiraz edəndə, icra nümayəndəsi Fəxrəddin Əhmədov dedi ki, bu kifayətdir, apar xərclə. Fikirləşdik ki, axı bu pulla necə ev tikək? Qərara gəldik ki, dövlətin pulunu boş yerə xərcləməyək, gedib həmin pula bir inək aldıq. Əgər evim tikilməsə, inəyi satıb pulu Fövqəladə Hallar Nazirliyinin özünə qaytaracağam. Çünki vacib problemin həllinə kömək etməyən o pul bizə gərək deyil".
"Gecələr uşaqlarımın ağzına, burnuna qarışqa girir"

İ.Ağayevanın sözlərinə görə, daşqınlardan zərərçəkənlərə qoyulan ayrı-seçkiliklə də bağlı aidiyyəti qurumlara müraciət edib: "Necə ola bilir ki, bizim evimiz qəzalı vəziyyətdədir, bizə ev tikilmir, amma ehtiyacı olmayana evlər tikilib. Heç kəs maraqlınmır ki, necə yaşayırıq. Fermada gecələr caqqalların səsindən qorxan uşaqlarım sarılıq xəstəliyinə tutulmuşdu. Dəfələrlə malyariya xəstəliyinə düçar olmuşuq. Uşaqlar fermada yata bilmədikləri üçün bir hissəmiz kənddəki həyətimizdə yaşamağa məcbur olmuşuq. Uçuq evin üstünə cadır çəkib orada qalırıq. Gecələr uşaqlar torpağın üstündə yatır. Ona görə də uşaqların ağzına, burnuna qarışqa girir. İşıq da yoxdur ki, uşaqları gecələr cücülərdən qoruyum".
"Get, elektrik dirəyi al, montyor gəlib işığı çəksin"
İ.Ağayeva işıqla bağlı probleminin həlli üçün İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdən, işıq idarəsinin rəhbərliyindən xahiş etsə də, cavabları bu olub: "Get, elektrik dirəyi al, montyor gəlib işığı çəksin. Mən də qayıtdım ki, dirək almağa imkanım olsaydı, daha ferma da niyə qalırdıq?! Elə özümüzə bir gün ağlayardıq. Təzədən icra başçısı Vilyam Hacıyevə xahişə getdim, o da mənə iki dənə şam ağacı göndərdi. Onlar da qalıb yerdə, gəlib işıq xəttini bağlayan yoxdur".
İ.Ağayeva xahiş edir ki, onun üzləşdiyi problemi aidiyyəti qurumların diqqətinə çatdıraq, bəlkə bundan sonra onlar üçün evin tikiləcəyi ilə bağlı qərar verilə. \ Təzadlar \

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|