“NAZPƏRİNİ GÖRSƏNİZ, TANIMAYACAQSINIZ”...
Tarix: 12-08-2012, 11:41 |
Çap et
MÜĞƏNNİ İSTİRAHƏTDƏ HANSI HALA DÜŞÜB?
Azərbaycanlı müğənni Maldiv adalarından qayıtdı. Xalq artisti qaralaraq çəkisini 5 kiloya qədər azaldıb.
Milli.Az-a xəbəri təsdiqləyən Azərbaycanın xalq artisti, estrada ulduzu Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Hüseynov müğənninin vətənə təəssüratlarla qayıtdığını söylədi: “Nazpəri xanımı görsəniz, tanımayacaqsız. Dərisinin rəngi çox qaralıb, çəkisi düz 5 kilo azalıb. İnşallah, ən qısa zamanda onun Maldiv adalarında etdirdiyi fotosessiyasını da oxucularınıza təqdim edəcəyik”.
Bakıya dönər-dönməz Azərbaycanın mərhum şairi Nüsrət Kəsəmənlinin xatirə gecəsində iştirak edən xalq artisti təşkil olunmuş mərasimdə bir saatlıq konsert proqramı ilə çıxış edib.