MİSİRİN YENİ PREZİDENTİNƏ XATIRLATMA
Tarix: 12-08-2012, 12:37 |
Çap et
KOSOVA ELÇİSİ MURSİDƏN NƏYİ İSTƏYİR?
DİA.AZ: - Kosovanın Qahirədəki diplomatik əlaqələr üzrə nümayəndəsi Bəkir İsmayıl Misirin yeni prezidentinə bir xatırlatmada bulunub. DİA.AZ bildirir ki, bu barədə məlumat xarici KİV-lərdə yayılıb.
«Prezident Mursi seçkilərdən əvvəlki görüşlərində Kosovanı rəsmən tanıyacağını və seçildikdən sonra Kosova ilə dövlət səviyyəsində diplomatik əlaqələr quracağını vəd etmişdi» deyən Bəkir İsmayıl öz ölkəsinin müstəqilliyinin 91 dövlət tərəfindən rəsmən tanındığını bildirirərək Mursini vədinə əməl etməyə çağırmaqla yanaşı, onu da bildirib ki, Misirin yeni prezidentinin Rusiya ilə münasibətləri çox yaxşı olduğundan o, vədinə əməl etmir.