ÖLƏNLƏR ARASINDA AZƏRBAYCAN VƏTƏNDAŞLARI VARMI?
Tarix: 12-08-2012, 13:47 |
Çap et
XİN ARAŞDIRIR
İranda baş verən zəlzələdə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə hazırda hər hansı informasiya yoxdur, bunu bazar günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu zəlzələ zamanı ölən və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.
İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 250-ni, yaralıların sayı isə 2 min nəfəri keçib.
Zəlzələnin episentri olan Əhər, Vərzegan və Həris rayonlarında 110 kəndin tamamilə və ya qismət dağıldığı bildirilir.