QUZEY AZƏRBAYCANDAN XƏSARƏT ALAN OLMAYIB
Tarix: 13-08-2012, 12:28 |
Çap et
GÜNEYDƏKİ ZƏLZƏLƏ QUZEYİN DİQQƏTİNDƏ
İranda baş verən zəlzələ zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə indiki anadək hər hansı məlumat daxil olmayıb. Bu barədə Turana-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
O bildirib ki, Azərbaycanın İrandakı diplomatik korpusu araşdırmaları davam etdirir. “İrandakı diplomatlarımız bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər”, - o qeyd edib.
Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində 250 nəfər həlak olub, 2000-dən çox adam xəsarət alıb.