Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QUZEY AZƏRBAYCANDAN XƏSARƏT ALAN OLMAYIB

QUZEY AZƏRBAYCANDAN XƏSARƏT ALAN OLMAYIB


13-08-2012, 12:28
QUZEY AZƏRBAYCANDAN XƏSARƏT ALAN OLMAYIB

GÜNEYDƏKİ ZƏLZƏLƏ QUZEYİN DİQQƏTİNDƏ

İranda baş verən zəlzələ zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə indiki anadək hər hansı məlumat daxil olmayıb. Bu barədə Turana-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

O bildirib ki, Azərbaycanın İrandakı diplomatik korpusu araşdırmaları davam etdirir. “İrandakı diplomatlarımız bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər”, - o qeyd edib.

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində 250 nəfər həlak olub, 2000-dən çox adam xəsarət alıb.

Geri qayıt