İNŞAAT ŞİRKƏTLƏRİNƏ XƏBƏRDARLIQ
Tarix: 14-08-2012, 12:37 |
Çap et
SƏTTAR MEHBALIYEV İŞİN DAYANDIRILMALI OLDUĞUNU DEDİ
Azərbaycanda mövcud əmək qanunvericiliyinə görə, havanın temperaturu +41 dərəcədən yüksək olanda açıq yerlərdə, o cümlədən tikintidə iş dayandırılmalıdır.
Qapalı yerlərdə isə sərinləşdirici hava qurğuları və içkilər verilməlidir.
«APA-ECONOMICS»in məlumatına görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib. Onun sözlərinə görə, qanuna əsasən, bu qaydaya Əmək Müfəttişliyi nəzarət etməlidir. Əgər müəssisədə həmkarlar təşkilatları da varsa, buna həmkarlar da nəzarət edir: «Əgər hansısa açıq iş yerlərində bu temperaturda da işlər davam edirsə, onlar dayandırılmalıdır».