KEÇMİŞ BAŞ NAZİR PULLARINI QURTARA BİLDİ
Tarix: 15-08-2012, 12:08 |
Çap et
ABŞ BANK HESABLARINI HƏBSDƏN AZAD ETDİ
DİA.AZ: - Suriyanın keçmiş baş naziri Riyad Hicaba qarşı sanksiyalar qaldırılıb. Bu barədə DİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, bir neçə gün əvvəl Bəşər Əsədin əlindən qaçaraq müxalifət tərəfinə keçdiyini bəyan edən sabiq baş nazirlə bağlı bu qərarı Amerika dövləti verib.
ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən məlumatda deyilir ki, Riyad Hicabın dünənə qədər dondurulmuş bank hesabları üzərindəki həbs qərarı ləğv edilib.
Onu da bildirək ki, dünən mətbuat qarşısına çıxan Suriyanın keçmiş baş naziri hazırda Bəşər Əsədin ölkənin yalnız 30 faizinə nəzarət etdiyini bildirməklə yanaşı, keçmiş komanda yoldaşlarına - nazirlərə və generallara müxalifətə - xalqa dəstək vermələri barədə müraciət də ünvanlayıb.