ANS-in ƏMƏKDAŞLARI QƏZAYA DÜŞDÜLƏR
Tarix: 15-08-2012, 13:13 |
Çap et
ONLARIN MAŞINI ARXADAN VURULUB
ANS televiziyasının xidməti avtomobillərindən biri qəzaya uğrayıb. Hadisə 12 radələrində Heydər Əliyev prospektindəki yol ötürücüsündə baş verib.
ANS-dən aldığımız məlumata görə, hadisə zamanı maşında "Növbətçi" verilişinin müxbiri və operatoru olublar. Maşın arxadan vurulub və zərbənin gücündən beton maneəyə çırpılıb
Qəza nəticəsində ANS-in bir əməkdaşı yaralanıb. Yaralanan əməkdaş 1 saylı xəstəxanaya çatdırılıb.
Xəstəxanadan Publika.Az-a bildirilib ki, ANS-in yaralanan əməkdaşı Rövşən İbrahimovdur. O xəstəxanaya kəllə-beyin travmasıyla daxil olub. Hazırda vəziyyəti normaldır.