Əsas Səhifə > Güney Press, Araşdırma > ANS-in ƏMƏKDAŞLARI QƏZAYA DÜŞDÜLƏR
ANS-in ƏMƏKDAŞLARI QƏZAYA DÜŞDÜLƏR15-08-2012, 13:13 |
ONLARIN MAŞINI ARXADAN VURULUB ANS televiziyasının xidməti avtomobillərindən biri qəzaya uğrayıb. Hadisə 12 radələrində Heydər Əliyev prospektindəki yol ötürücüsündə baş verib. ANS-dən aldığımız məlumata görə, hadisə zamanı maşında "Növbətçi" verilişinin müxbiri və operatoru olublar. Maşın arxadan vurulub və zərbənin gücündən beton maneəyə çırpılıb Qəza nəticəsində ANS-in bir əməkdaşı yaralanıb. Yaralanan əməkdaş 1 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanadan Publika.Az-a bildirilib ki, ANS-in yaralanan əməkdaşı Rövşən İbrahimovdur. O xəstəxanaya kəllə-beyin travmasıyla daxil olub. Hazırda vəziyyəti normaldır. Geri qayıt |