BƏŞƏR ƏSƏDİN ÖLÜM MAŞINI QUNDAĞA DA GİRİB
Tarix: 16-08-2012, 12:03 |
Çap et
SURİYADA DƏHŞƏTLİ MƏNZƏRƏ
DİA.AZ: - Bəşər Əsədin qaniçən ordusu Türkiyənin Kilis şəhərinin 20 kilometr uzaqlığında yerləşən Hələbin Əziz kəndini bombardman edib. DİA.AZ-ın xarici mətbuatdan əldə etdiyi bilgilərə görə, hava hücumu nəticəsində qadınlar və uşaqlar daxil olmaqla 20 nəfər həyatını itirib.
Məlumatlardan o da aydın olur ki, bu hava hücumlarının ardından suriyalılar yaralıları ilə birgə Türkiyə sərhəddinə doğru böyük axın ediblər. İlkin mərhələdə suriyalılar 11 ölülərini və 60 yaralılarını Türkiyəyə keçirə biliblər.
Xəbərə görə, Türkiyənin Kilis dövlət xəstəxanası həmin yaralıları qəbul edib, ölülər isə morqa götürülüb. Yaralılar arasında 23 körpə uşağın olduğu da söylənilir.