ŞAİRLƏRİN HÖKMÜ NƏDƏN YUBANIR?
Tarix: 16-08-2012, 12:10 |
Çap et
HAKİM DEYİB Kİ, DƏQİQLƏŞDİRMƏLƏR APARILIR
İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin valideynləri onların məhkəmə işinin hakimi ilə görüşüblər. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib.
Abdullayev deyib ki, görüşdə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndəsi də iştirak edib.
"Hakim şairlərin yaxınlarına bildirib ki, iş üzrə dəqiqləşdirmələr aparılır, lakin məhkəmə qərarının veriləcəyi gün hələlik məlum deyil" XİN rəsmisi bildirib.
Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.